İlham Əliyev Avropa Şurasında etirazla qarşılandı

24.06.2014 - 17:26

Azərbaycanlı fəallar və “Sərhədsiz Reportyorlar” ölkə başçısının çıxışı zamanı etiraz nümayişi keçirdilər

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə
əlaqədar ölkə başçısı İlham Əliyev iyunun 24-də AŞ Parlament
Assambleyasında çıxış edib. Onun çıxışı zamanı zalda Azərbaycanda insan
haqlarının pozulduğu, siyasi məhbusların mövcudluğu, söz və mətbuat
azadlığının boğludunu ifadə edən etiraz nümayişi keçirilib. Avropada
yaşayan bir qrup azərbaycanlı İlham Əliyev çıxiş etməyə başladıqdan
dərhal sonra “Siyasi məhbuslara azadlıq” şüarı yazılmış uzun plakat
qaldirıblar. Aksiyaçılar üzərində siyasi məhbuslarin şəkilləri olan
köynəklər geyinib, ağızlarını qara lentlə bağlayıblar.

Məlumatı hazırda Strasburqda olan vətəndaş cəmiyyətinin fəalları facebook profillərində yayıblar.

İlham Əliyevin çıxışı zamanı zaldakı aksiya ilə yanaşı, AŞPA-nın
qarşısında da etiraz nümayişi olub. Həmin nümayişi isə “Sərhədsiz
Reportyorlar” təşkil edib.

“Sərhədsiz Reportyorlar” bununla Azərbaycanda insan haqları, o cümlədən
söz və mətbuat azadlığı sahəsindəki ağır vəziyyətə diqqət çəkib.

Aksiyadan əlavə məlumat veriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8836

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031