Kəmaləddin Heydərov Avropanın hədəfinə gəlib

26.06.2014 - 09:13

“Fövqəlnazir”in Rusiya ilə yaxınlaşması övladlarının Böyük Britaniyadakı fəaliyyətini təhlükə altına qoyub

“Fövqəlnazir”in Rusiya ilə yaxınlaşması övladlarının Böyük Britaniyadakı fəaliyyətini təhlükə altına qoyub

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Rusiya siyasi dairələri
ilə yaxınlığı Avropada olan övladları üçün təhlükə yaradıb. Qeyd edək
ki, Kəmaləddin Heydərovun oğlanları Taleh və Nicat Heydərovla Böyük
Britaniyada biznes və ictimai fəaliyyətlə məşğuldurlar. Taleh Heydərov
Avropa-Azərbaycan Cəmiyyətinin, həmçinin “United Enterprises
International” Şirkətlər Qrupunun sədridir. Nicat Heydərov isə
adıçkəilən şirkətlər qrupunda sədr müavini vəzifəsini tutur.
Kəmaləddin
Heydərovun oğlanları Avropa-Azərbaycan Cəmiyyəti vasitəsilə Azərbaycan
hakimiyyətinin Avropada imicini düzəltməklə məşğuldur. Xüsusilə
Britaniyada bu ölkənin deputatlarını müxtəlif vasitələrlə ələ alaraq
onlardan Azərbaycan hakimiyyətinin mənafeyinə uyğun istifadə edir. Bir
neçə gün əvvəl Nyu-Yorkdan idarə olunan “BuzzFeed” saytında bu barədə
geniş məqalə yayımlanıb.
“Azadlıq”a daxil olan məlumatlara görə,
Kəmaləddin Heydərovun Rusiya ilə yaxınlaşması onun övladlarının
xaricdəki fəaliyyətinə diqqəti artırıb. Yəni, artıq Taleh və Nicat
Heydərovların biznes strukturları və təşkilatları ilə bağlı ciddi
araşdırmalar aparılır. Məlumatda bildirilir ki, “BuzzFeed”in məlum
materialı da təsadüfi deyil. Iddialara görə, “fövqəlnazir”in Rusiyaya
meyllənməsi onun övladları vasitəsilə Avropa ilə qurduğu əlaqələrinin
tamamilə kəsilməsinə səbəb ola bilər. Bildirilir ki, yaxın vaxtlarda 
Kəmaləddin Heydərov Avropadan ard-arda zərbələr ala bilər. Məlumata
görə, Kəmaləddin Heydərovun yaxın ətrafı da bunun fərqindədir və ciddi
narahatlıq içindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8901

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31