ABŞ Cənubi Qafqazda hökumət dəyişikliyinə hazırlaşır?

26.06.2014 - 13:43
“Qərblə Rusiyanın arasında nüfuz uğrunda ciddi rəqabət gedir”

“Qərblə Rusiyanın arasında nüfuz uğrunda ciddi rəqabət gedir”

Fuad Qəhrəmanlı: “Tərəzinin hansı gözünün ağır olacağı Azərbaycanın atacağı addımlardan asılıdır”

ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin qeyri-leqal qolu sayılan
“Stratfor”un rəhbəri Corc Fridman Cənubi Qafqaz, xüsusilə regionun əsas
ölkəsi olan Azərbaycana Rusiyanın təsirini və mümkün dəyişiklikləri
analiz edib. C.Fridman vurğulayıb ki, Rusiya ilə Qərb arasındakı
qarşıdurmada ən böyük çat Ukraynada yaranıb. Amma Qərblə Rusiya
arasındakı çatların tezliklə Cənubi Qafqaza da çatması istisna deyil.
Müəllif eyni zamanda onu da vurğulayıb i, Rusiya ilə ABŞ arasında region
uğrunda gedən savaş qızışmaqdadır. Bu baxımdan C.Fridman vurğulayır ki,
Qafqazda və Azərbaycanda maraq dairəsi genişlənən ABŞ çətin
vəziyyətlərdə regionu itirməmək naminə bütün hakimiyyətləri yenidən
qurmaq potensialını işə sala bilər.
Ukrayna məsələsinin Qərblə Rusiya
arasında geosiyasi rəqabəti açıq müstəviyə çıxardığını deyən AXCP
sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, burada artıq açıq
qarşıdurmadan danışmaq mümkündür. Bu qarşıdurma xəttinin təkcə
Ukraynadan keçmədiyini deyən F.Qəhrəmanlı bildirdi ki, artıq bu xətt
postsovet məkanından keçməkdədir: “Ukraynadan sonra bu qarşıdurma xətti
Cənubi Qafqazdan keçir. Qərb təbii olaraq Cənubi Qafqazı özünün maraq
zonası hesab edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan Mərkəzi
Asiyanın enerjisini də Avropaya çatdıran koridor rolunu yerinə yetirir.
Təhlükəsizlik baxımından da Azərbaycanın böyük əhəmiyyəti var”.

F.Qəhrəmanlı hesab edir ki, geosiyasi maraqlar baxımından Cənubi
Qafqaz uğrunda ciddi rəqabət gedir. F.Qəhrəmanlının sözlərinə görə,
hələlik bu qarşıdurma səviyyəsinə çatmasa da, amma regionda Qərblə
Rusiyanın arasında nüfuz uğrunda ciddi rəqabət gedir: “Qərblə Rusiya
arasındakı savaşda Ermənistanın mövqeyi bəllidir. Tərəzinin hansı
gözünün ağır olacağı Azərbaycanın atacağı addımlardan asılıdır”.
C.Fridmanın
ABŞ-ın bölgədə nüfuzunu əldən verməmək üçün hakimiyyət dəyişikliyinə
gedə biləcəyi ilə bağlı fikirlərinə gəlincə, F.Qəhrəmanlı bildirdi ki,
burada söhbət hakimiyyət dəyişikliyindən getmir. Azərbaycanda yaxın
gələcəkdə hakimiyyət dəyişikliyi baş verərsə bu Azərbaycan xalqının
iradəsi ilə gerçəkləşə bilər: “Heç kim gəlib Azərbaycanda hakimiyyət
dəyişikliyi edən deyil. Söhbət mövcud hakimiyyətin Qərbin inteqrasiya
etmək istəməməsinin birmənalı şəkildə qəbul olunmasından və bunun
qarşılığında Qərbin bu hakimiyyətdən əlini üzərək, vətəndaş institutları
ilə işləməsindən gedə bilər. Vətəndaş cəmiyyətinin ölkədəki demokratik
prosesləri fəal şəkildə dəstəkləməsi Azərbaycan xalqının demokratiya
istəyinə bir dəstək olacaq”.
Hələlik vətəndaş cəmiyyətinə, siyasi
müxalifətə belə bir dəstəyin ifadə olunmadığını deyən F.Qəhrəmanlı hesab
edir ki, proseslər kulminasiya nöqtəsinə çatandan sonra mövcud
hakimiyyətlə işləməyin mənası olmadığı açıq görünəcək. Bəlli olacaq ki,
hazırkı hakimiyyət ölkədə avtoritarizmin qorunub saxlanmasına çalışır.(azadlıq.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8909

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031