Əliyev ermənilərə “hə”, müxalifət “yox” deyir

30.06.2014 - 21:19

Azərbaycandakı otellərdə ermənilər görüş keçirə bilər, Əli Kərimli yox?

Bakıda ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi
Fairmont otelində siyasi rüsvayçılıq baş verib. Assambleyanın bir neçə
deputatı iyunun 30-da AXCP sədri Əli Kərimli ilə həmin oteldə görüşmək
istəyiblər. Lakin təhlükəsizlik qüvvələri görüşə imkan verməyiblər. Bu
barədə AXCP lideri özünün Facebook səhifəsində məlumat paylaşıb.
“Bu
gün İlham Əliyev daha bir ilkə imza atdı. Bildiyiniz kimi, ATƏT
Parlament Assambleyasının iclasları Bakıda – onun ailəsinə məxsus olan
Fairmont otelində (“Alov qüllələri”ndə) keçirilir. Parlament
Assambleyasının bir neçə üzvü mənimlə görüşmək istəmişdilər. Bu məqsədlə
məni onların tədbirinin keçirildiyi Fairmont otelinə dəvət etmişdilər.
Ölkəmizə növbəti utanc gətirəcək hadisə də orada baş verdi.
Təhlükəsizlik
qüvvələri 3 nəfər avropalı deputat və ATƏT katibliyinin nümayəndəsinin
mənimlə otelin foyesində görüş keçirməsinə imkan vermədilər. Görüşümüzün
dayandırılmasını tələb etdilər. Məni belə münasibət təəccübləndirməsə
də, avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşmüşdülər.
Onlar hökumətin mənə son 8 ildə pasport vermədiyini, partiyamızın
dəfələrlə qərargahdan çıxarıldığını bilsələr də, görünür, bu qədərini
gözləmirdilər. Xeyli mübahisə etdilər. Belə münasibətin qəbuledilməz
olduğunu dəfələrlə vurğuladılar, xeyri olmadı. Bu dəfə də avropalı
deputatlar bizim “təhlükəsizlik” qüvvələrini təəccübləndirdilər. Mənimlə
birlikdə oteli tərk etdilər. Şəhərdə kafelərin birində görüşümüzü davam
etdirdik. 2 saat ərzində hər şeydən danışdıq. Amma hiss edirdim ki,
görüşümüzün sonuna qədər onlar oteldə üzləşdikləri hadisənin təsiri
altındaydılar. Bakıda tez-tez tolerantlıq konfransları keçirən İlham
Əliyevin prinspial müxalifətə düşməncəsinə münasibətinin şahidi
olmuşdular. Həqiqətən də yüz dəfə eşitməkdənsə bir dəfə görmək
yaxşıdır”, – deyə AXCP sədri yazıb.

Əli Kərimli avropalı deputatlarla kafedə görüşündən onların çəkdiyi fotonu da məlumata əlavə edib.
Xatırladaq
ki, ATƏT PA-nın sessiyasında erməni deputatlar da iştirak edirlər və
onlar əlbəttə ki, Fairmont otelə sərbəst girib-çıxır, orada görüşlərini
keçirirlər. Belə görünür ki, Azərbaycan hakimiyyəti üçün hətta
ermənilərin də Bakıda görüş keçirməsinə şərait yaratmaq məqbuldur, amma
Əli Kərimlinin görüşlərinə imkan vermək yox.
Şübhəsiz, Fairmont
biabırçılığı otel administrasiyasının özfəaliyyəti ola bilməz. Bu, AXCP
sədrinə qarşı ən yüksək səviyyədə hakimiyyətin münasibətindən (və bəlkə
də verilən sifarişindən) irəli gəlir. Avropalı qonaqların gözləri
qarşısında belə bir rüsvayçılığa qol qoymağın səbəbi isə yəqin ki, Əli
Kərimlinin beynəlxalq təmaslarından hakimiyyətin keçirdiyi
narahatçılıqdır. Ona 8 ildir heç bir səbəb olmadan xarici pasport
verməmək də şübhəsiz, bu motivdən irəli gəlir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9024

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31