"Le Monde"-dən Ollanda anti-Əliyev çağırışı

01.07.2014 - 09:57
“Yelisey sarayı öz həyatını riskə atıb insan haqlarını müdafiə edənlərə açıq dəstək verməlidir”

“Yelisey sarayı öz həyatını riskə atıb insan haqlarını müdafiə edənlərə açıq dəstək verməlidir”

Fransa prezidenti Əliyevlə gizli görüşə görə tənqid hədəfi oldu

Fransanın “Le Monde” qəzeti ölkə prezidenti Fransua Ollandı xarici
siyasətdə əməkdaşlıq etdiyi ölkələrdə insan haqlarının durumuna
yetərincə diqqət yetirmədiyinə görə tənqid edib. Müəllif Jan Mari Fardo
yazır ki, hələ Nikola Sarkozinin prezidentliyi dövründə də Fransanın
əməkdaşlıq etdiyi ölkələrdə insan haqlarının pozulmasına biganə
münasibəti tənqid olunurdu. Artıq iki ildir ki, Fransua Olland
prezidentdir, amma bu, yenə problem olaraq qalır.
“Ollandın xarici
siyasəti və insan hüquqları” başlıqlı məqalədə bildirilir ki, Fransa
prezidentinin beynəlxalq siyasəti bir neçə məsələ üzərində qurulub:
Israil-Fələstin konflikti, Əfqanıstan, Aralıq dənizinin cənubundakı
Afrika ölkələri. Rusiyada baş verənlər barədə bir kəlmə də deyilmir.
Çinlə bağlı narahatlıqlar isə yalnız iqtisadi əlaqələrin möhkəmlənməsi
kontekstində səslənir.
Sözügedən məqalədə Olland həmçinin bəzi
avtoritar dövlətlərin başçıları ilə gizli görüşə görə qınaq obyektinə
çevrilib ki, onların arasında Azərbaycan prezidenti Ilham Əliyev də var.
“Olland
bir sıra ölkələrin dövlət başçılarını qəbul etməsini gizlətməyə
çalışıb. Beləcə, 2012-ci ildə Bəhreyn kralı və Azərbaycan prezidentini
səssiz-səmirsiz qəbul edib”, – deyə məqalədə qeyd olunur.
Müəllif
vurğulayır ki, Fransa BMT-də repressiv rejimləri (Şimali Koreya,
Şri-Lanka, son vaxtlar Qətər) açıq şəkildə kəskin tənqid edir. Lakin
müttəfiqlərindən söhbət gedəndə susur. Məsələn, Mərakeş haqda.
Məqalədə
Fransua Ollandın Azərbaycana səfəri, buradakı görüşlərindən də bəhs
olunur. Fransa prezidenti Azərbaycandakı avtoritar rejimlə mübarizə
aparıb həyatını risk altında qoyanlara açıq dəstək verməyə çağırılır:
“Fransa
da başa düşür ki, ölkənin iqtisadi və siyasi inkişafının yeganə yolu
məhz insan hüquqlarının qorunduğu, qanunun aliliyinin təmin olunduğu,
sosial ədalət mövcud olan hüquqi dövlətin yaradılmasıdır. Sözsüz ki,
Fransa “kölgə diplomatiyasında” insan haqlarına dair məsələlərə diqqət
yetirir. Bu yolla dünyadakı despotlara təsir göstəriləcəyinə ümid varmı?
Əgər varsa, hansı ölkələrdə? Bu yaxınlarda Fransa prezidenti Fransua
Olland Azərbaycana səfəri zamanı Əliyevin avtoritar rejiminin altı
tənqidçisilə görüşdü. Onların arasında hüquq müdafiəçisi Leyla Yunus da
vardı. Sözsüz ki, bu cür görüşü yalnız alqışlamaq olar. Amma biz Yelisey
sarayının saytında xanım Yunusla görüş barədə məlumat axtarsaq, boşuna
vaxt sərf etmiş olarıq. Halbuki, Yelisey sarayının öz həyatını riskə
atıb insan haqlarını müdafiə edənlərə mütəmadi və açıq şəkildə dəstəyini
nümayiş etdirməsi çox vacibdir”.
Məqalənin sonunda vurğulanır ki,
Fransanın dünyada insan hüquqlarının qorunmasında fəal iştirakı təkcə
haqqı pozulanlar deyil, Fransanın özü üçün də çox vacibdir: “Əlbəttə,
Fransa ümumbəşəri dəyərlərə, o cümlədən insan hüquqlarının müdafiəsinə
sadiqliyi real diplomatik təcrübədə fərqli göstərən yeganə ölkə deyil.
Bu məsələdə müqayisəyə ABŞ-dan başlamaq olar. Amma bunun özü də
Fransanın qorxaqlığına haqq qazandırmır. Insan hüquqlarını prioritetlər
siyahısının ön sıralarına qaldırmaq üçün Ollandın qarşıda üç ili var.
Yaxın perspektivdə bu, hüquqları pozulanlar üçün son dərəcə vacibdir.
Uzaq perspektivdə isə ölkəmizə qazanc gətirən strategiya ola bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9045

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31