Kremlin Qarabağ ilgəyi: 3 rayon əvəzinə "yeni SSRİ" pasportu"
Azərbaycan ərazilərinin sortlara bölünməsinə razılaşmaq Dağlıq Qarabağı həmişəlik itirməyə bərabər ola bilər…
Azərbaycan ərazilərinin sortlara bölünməsinə razılaşmaq Dağlıq Qarabağı həmişəlik itirməyə bərabər ola bilər…
Dağlıq
Qarabağ ixtilafı ətrafında situasiya ehtimallar və versiyalar
müstəvisindən yavaş-yavaş real və ciddi informasiya müstəvisinə
adlamaqdadır. Belə məlum olur ki, Rusiyanın Azərbaycanı Avrasiya
Birliyinə (AB) – SSRİ-nin zühur eləməyə başlamaqda olan yeni formatına
qoşmaq üçün həqiqətən də planı mövcuddur və onun mərkəzində məhz Qarabağ
bazarlığı durur.
öncədən də bəlli idi ki, Moskvanın Bakıya ən güclü təsir vasitəsi
birbaşa bu münaqişə ilə bağlıdır. Həmin rıçaqdan istifadə zamanı artıq
yetişib. “Yeni Müsavat”ın son vaxtlar vaxtaşırı manşetdən verdiyi
təhlil-yazılardan da göründüyü kimi, Putun Rusiyası başımızı bir-iki
rayonla aldadıb Azərbaycanı əbədiyyən yeni hazırlanan rus boyunduruğuna
salmaq istəyir. Təkrar edirik, cəmi 1-2, uzağı 3 rayonun boşaldılması
qarşılığında!!!
anlama gəlir ki, Qarabağ məsələsi Azərbaycan AB-yə qoşulduqdan sonra da
Kremlin əlində təzyiq vasitəsi kimi qalacaq, yaxud ən yaxşı halda sovet
dönəmindəki kimi dondurulacaq. Yəni uduşda yenə də müstəsna olaraq
Moskva olacaq. Problemin konservasiya edilməsinin nə hansı anlama
gəldiyini isə SSRİ-nin son illərindən gördük. Orta və yaşlı nəsil yaxşı
xatırlayır ki, mərkəzi Moskva hökuməti əlində yetərli imkanlar ola-ola
erməni-azərbaycanlı qarşıdurmasını nəinki önləmədi, əksinə daha çox
separatçı ermənilərin əlinə oynadı, onları qızışdırdı.
bilə-bilə, təzədən işğalçı Ermənistanla eyni ittifaqda birləşmək
gələcək bəlaların və faciələrin təkrarlanmasına zəmin yaratmaq demək
deyilmi?
tarixin növbəti taleyüklü mərhələsində səhv etməyə haqqımız yoxdur.
Şansları düzgün dəyərləndirmək, bir daha yaxamızı rusun əlinə verməmək
və yanılmamaq üçünsə ən əvvəl prinsipial mövqe, prinsipiallıq tələb
olunur:
predmetinə çevrilə, növlərə, sortlara bölünə bilməz. Azərbaycanın
Qubadlısı da, Dağlıq Qarabağı da eyni dərəcədə işğal altındadır. Bu
mövqedən geri çəkilmək, işğal faktını elə öz tərəfimizdən şübhə altına
almaqdır.
(qətnamələr), ATƏT, Avropa Şurası, Avropa Parlamentinin mövqeyi
Helsinki Yekun Aktı, İslam Əməkdaşlıq Təşkilatı bizim tərəfdədir və bu
qurumlardan, təsisatlardan özümüz imtina etməyincə, kimsə onları, qəbul
edilən qətnamə və başqa sənədləri ləğv edə bilməz. Doğrudur, bu sənədlər
illərdir yerinə yetirilməmiş qalır, ancaq qüvvədən də salınmayıb.
Azərbaycan kimsənin torpaqlarına göz dikməyib, ancaq öz torpaqlarını da
heç kəsə peşkəş etməyəcək, hansısa siyasi məqsədlər, maraqlar naminə
ərazilərimizin girov saxlanmasına razı olmayacaq. Heç konstitusiya da
buna imkan vermir.
Respublikasının ayrıca götürülmüş hansısa ərazisində referendum keçirilə
bilməz. Respublikanın ərazisinə dəyişikliklər müstəsna olaraq ölkə
ərazisində keçirilən ümumxalq referendumu ilə dəyişdirilə bilər.
Rusiya bu şərtlərin hamısını təmin eləməyə hazırdımı? Yox. Demək, onun
təklif elədiyi 3 rayon əvəzinə yeni SSRİ”” söhbəti də ilgəkdən savayı
bir şey ola bilməz. Amma Qərb sadalanan prinsipləri təmin edə bilər,
əgər düz-əməlli onun yanında yer ala bilsək.
çıxarmayaq, şimal qonşumuz yeri gələndə özünün imzaladığı sənədə,
sazişə, öhdəliyə imperiya maraqları naminə bir andaca tüpürə bildiyini
dəfələrlə sübut edib. Bu, həmin Rusiyadır ki, 1995-ci ildə ABŞ, Fransa,
İngiltərə və Ukrayna ilə imzaladığı, Ukraynanın suverenliyi və ərazi
bütövlüyünə qarant verən Budapeşt sazişini Krımın işğalı ilə qüvvədən
saldı, bir gün sonra isə Dövlət Dumasında denonsasiya elədi.
dövlətin yazılı vədi də dəyər kəsb eləmirsə, o, çox təhlükəlidir və
ondan bacardıqca məsafə saxlamaq lazımdır, nəinki hansısa siyasi alver
planlarını müzakirə eləmək.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=9053