Bakıda ABŞ Rusiya savaşı başlayır
Parlament Assambleyasının Bakıda keçirilən plenar iclasında ABŞ-ın ATƏT
PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Bencamin Kardinin müəllifi
olduğu “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq,
kobud və ədalətsiz şəkildə pozulması” adlı qətnamə layihəsi müzakirəyə
çıxarılacaq. APA-nın məlumatına görə, qətnamə layihəsi bu gün
parlamentarlara təqdim edilib.
Layihədə Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini, o
cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və
ədalətsiz şəkildə pozması pislənir. Sənəddə Ukraynanın ərazi bütövlüyü
və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq
platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.
Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il martın 16-da Krımda
keçirilən referendum qeyri-legitim, qeyri-qanunidir və heç bir hüquqi
qüvvəsi yoxdur. ATƏT-ə üzv dövlətlər Rusiyanın Krımı zorla ilhaq
etməsini tanımamağa çağırılır. Eyni zamanda Rusiya Ukraynaya müdaxiləni
dayandırmağa çağırılır. Sənəddə ATƏT-in böhranın aradan qaldırılması
yönündə səyləri dəstəklənir, ATƏT-in Krım da daxil olmaqla, bütün
Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin dəstəklənməsi
istənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9063