Avropa Birliyinin saytı Azərbaycanı baxın, hansı ölkələrlə bir sıraya saldı

Əlcəzair, Qətər, Nigeriya kimi qeyri-stabil, insan hüquq və
azadlıqlarının kobudcasına pozulduğu ölkələr…”
Avropa Birliyinin fəaliyyətinə dair
materialların yayımı ilə məşğul olan “euobserver.com” təşkilata
diktatura rejimlərinin hökm sürdüyü ölkələr, o cümlədən Azərbaycanla
bağlı layihələrə investisiya qoymamaq haqda çağırış edib. Bu kontekstdə,
Avropa Birliyinin diktatura ölkələrilə əməkdaşlıq çərçivəsində qurulmuş
qaz siyasəti tənqid olunub.
“Avropa Birliyinin böyük məbləğli qaz investiya siyasəti səhvdir” başlıqlı məqalədə bildirilir:
“Avropaya
qaz nəqlilə bağlı məsələnin müzakirəsi üçün Avropa Birliyinin nazirləri
ötən ay ikinci dəfə olmaqla, iyunun 27-də yenidən toplaşdılar.
Ukrayna
böhranı Rusiya ilə münasibətlərdə Brüsselin zəif tərəfləri baxımından
həyəcan yaradırdı. Məsələ burasındadır ki, Avropa Birliyinin qaz
tələbatının 25 faizi Rusiyanın hesabına ödənilirdi.
Qaz
Avropada istifadə olunan enerjinin dörddə bir hissəsini təşkil edir.
Lakin idxalda qiymət artımı, eyni zamanda, yerli istehsalın da aşağı
düşməsi səbindən Avropa qaza olan tələbatı əvvəlki kimi təmin etmək üçün
onu bahalaşdırmalı olur.
Buna
cavab olaraq, Avropa qaz layihələrinə milyardlarla avro investisiya
yatırır. Avropa Komissiyasının həyata keçirdiyi 248 layihədən 110-u
birbaşa qazla bağlıdır.
Bütün
Avropadakı ayrı-ayrı məntəqələr xaricdən gətirilən ehtiyat qaz
mərkəzlərinə çevrilib. Eyni zamanda, Azərbaycan, Əlcəzair kimi avtoritar
ölkələrdən Avropa Birliyi dövlətlərinə qaz nəqli məqsədilə yeni qaz
kəmərlərinin çəkilməsi planlaşdırılır.
Qazla
bağlı infrastrukturlara çox böyük məbləğdə vəsaitin ayrılması əsaslı
deyil. Çünki Avropanın enerjiyə olan tələbatını tam həcmdə ödəmək
gücündə deyil.
Əvvəla, qaz çox
bahadır. 2001-ci ildən 2012-ci ilə qədərki dövr ərzində qazın qiyməti üç
dəfə artıb. Amma yenə də artım gözlənilir. Eyni zamanda, yeni ucuz qaz
mənbələri də inandırıcı deyil. Avropa Birliyi ölkələrində Amerikan tipli
slans qaz bumu da əvvəlki kimi ümidlər yaratmır.
ABŞ-dan
Avropaya tələb olunan olunan həcmdə qazın gəlməsi ehtimalı da çox
azdır. Çünki maye qaz nəqli çox baha başa gəlir. Slans qazına gəlincə,
ABŞ-ın özündə slans qaz hasilatı artıq pik həddə çatıb.
Digər tərəfdən, bərpa olunan enerji mənbələri ucuzdur. Üstəlik, onları əldə etmək yolları da ucuz başa gəlir.
Alternativ
enerji mənbələrinə böyük diqqət və sərmayə qoymaq Avropanın enerji
təhlükəsizliyinin təmin olunması baxımından ciddi əhəmiyyət kəsb edir.
Avropanın enerji təhlükəsizliyinin təmin olunması təşkilatın qaz
infrastrukturuna ciddi maliyyə vəsaitinin ayrılmasını tələb edir. Bu,
enerji təhlükəsizliyinin təmin olunması baxımından çox böyük əhəmiyyət
kəsb edir. Bu istiqamətdə atılacaq addımlar ilk növbədə Rusiyadan qaz
asılılığını azaldacaq. Eyni zamanda, Azərbaycan, Əlcəzair, Qətər,
Nigeriya kimi qeyri-stabil, demokratik normaların, insan hüquq və
azadlıqlarının kobudcasına pozulduğu ölkələrdən də asılılığın olmasına
imkan verməyəcək”.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=9101