Vəhhabi təhlükəsi hakimiyyəti narahat edib
Ramil Usubov polislərə bununla bağlı tapşırıqlarını verib

Daxili işlər naziri Ramil Usubov geniş kollegiya iclası keçirib.
Dünən baş tutan iclas 2014-cü ilin birinci yarısında cinayətkarlıqla
mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin
edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunub. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Azadlıq”a
daxil olan məlumata görə, bu kollegiya iclası həm də son günlər
Azərbaycanda artan vəhhabi təhlükəsi ilə bağlı olub. Xüsusilə
Sabirabadda “saqqalqırxma olayı”ndan sonra vəhhabilərin fəallaşdığı
müşahidə olunur. Iraq Şam Islam Dövləti(IŞID) adlı terror təşkilatının
Iraqda törətdikləri də Azərbaycandakı radikal vəhhabilərin fəallaşmasına
səbəb olub. Bundan başqa IŞID “Sabirabad olayı”na reaksiya verərək
Azərbaycanı hədələyib. Bu fəallıq isə Azərbaycan hakimiyyətinin
narahatlığına səbəb olub. Hüquq-mühafizə orqanlarına gözlənilən
təhlükələrlə bağlı qabaqlayıcı tədbirlər görülməsi tapşırığı verilib.
Xususilə DIN-lə MTN-nin üzərinə daha çox məsuliyyət qoyulub.
Məlumata
görə, Ramil Usubov da kollegiya iclasında bu məsələ ilə bağlı polis
rəislərinə tapşırıqlarını verib. Onları vəhhabi təhlükəsinə qarşı
ayıq-sayıq olmağa və işlədikləri bölgələrdə bu istiqamətdə ciddi iş
aparmağa çağırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9499