Ermənilərə ağır zərbə

16.07.2014 - 20:44


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada
erməni diasporunun ən varlı nümayəndələrindən biri Levon Ayrapetyanı
həbs edib.
ANS PRESS-in məlumatına görə, Ayrapetyan iyulun 15-də Monakodan Moskvaya gələrkən “Domodedovo” hava limanında saxlanılıb.
İş adamı FTX əməkdaşları tərəfindən Rusiya İstintaq Komitəsinə aparılıb.
Yaxın vaxtlarda Moskva Məhkəməsində Ayrapetyanın barəsində
həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılacağı
bildirilir.
Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar qruplaşmalardan
birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib.
Erməni milyarderin bu cinayətkar qruplaşmaya bağlılığı haqda sabiq
senator İqor İzmestyev istintaqa ifadəsində bildirmişdi.
Levon Ayrapetyan dünyanın ən varlı ermənilərindən sayılır. O, qondarma
erməni soyqırımının dünya miqyasında tanınması üçün milyonlar ayırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9622

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31