Hakimiyyət Qərbə qarşı kampaniyanı şiddətləndirib

19.07.2014 - 12:51

“Azərbaycanda Ukraynada olanları təkrarlamaq istəyirlər. Ukrayna bu
məsələdən xeyli ziyan çəkdi, ərazisinin bir hissəsini itirdi, hələ
müharibə səngiməyib. Bunu təkamül yolu ilə də etmək olardı. Qərb
dövlətləri özlərinə lazım olan ölkələri sınaq meydanına çevirirlər”. 

Bu sözləri YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov
aznews.az saytına müsahibəsində deyib. YAP-çı deputat daha sonra
bildirib ki, ölkəni məcburi şəkildə Avropaya tərəf yönləndirirlər: “Bu,
düzgün deyil. Burada seçim xalqındır. Xalq hansı yolu istəyəcəksə, o
yolu da gedəcək. Amerikanın bu addımları düzgün deyil, bu səlahiyyətləri
necə əldə ediblər? ATƏT-in, AŞ PA-nın, BMT-nin tənqidləri
başadüşüləndir, çünki həmin qurumlar qarşısında öhdəlik götürmüşük, amma
Amerikanın hansı səlahiyyətləri var ki, dinləmələr keçirir? Dövlətlərin
daxili işlərinə qarışmaq olmaz…

…Harada insan hüquqları pozulursa, BMT bununla məşğul olmalıdır… 

…Bir ölkənin başqa bir ölkənin daxili işlərinə qarışmasına haqqı
çatmır. Öz gözlərində tiri görmürlər, başqalarında tük axtarırlar”. 

Siyavuş Novruzovun Qərbi hədəfə alması təsadüfi deyil. Son günlər
Azərbaycan hakimiyyəti yenidən Qərbə qarşı total hücuma keçib.
Hakimiyyətin nəzarətində olan qəzetlərdə, xüsusilə YAP-ın orqanı olan
“Yeni Azərbaycan” qəzetində və dövlət qəzeti olan “Azərbaycan”da Qərbin
əleyhinə geniş materiallar dərc olunur. Hakimiyyət ənənəyə sadiq qalaraq
yenə də Qərbi Azərbaycanın daxili işlərinə qarışmaqda, ölkədə
iğtişaşlar törətməyə cəhddə, Azərbaycanı Ukraynaya çevirmək istəyində
olmaqda ittiham edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31