Dəmiryolu xəstəxanasında Laçın İmanov soyğunçuluğu

07.08.2014 - 13:56

Dövlət Mərkəzi Dəmiryolu Xəstəxanasında qiymətlər özəl
xəstəxanalardakı qiymətlərdən heç bir şeylə fərqlənmir. Ödəniş edən
xəstələrə heç bir çek, ya da qəbz verilmir və ödənişlərin qeydiyyatı
aparılmır.

Bu
barədə anonimliynin qorunmasını istəyən vətəndaşın PİA.AZ-a ünvanladığı
şikayət məktubunda bildirilir. Şikayətdə qeyd olunur ki, Dövlət Mərkəzi
Dəmiryolu Xəstəxanasında soyğunçuluq sözün həqiqi mənasında qarşısı
alınmaz səviyyədədir və bu soycunçuluq birbişa xəstəxananın baş həkimi
Laçın İmanovun rəhbərliyi və diqtəsi altında həyata keçirilir.
Şikayətçimiz
qeyd edir ki, hazırda Bakı Dəmiryol xəstəxanasında UZİ aparatının
qiyməti 25 manatdan başlayır 45 manatda bitir. 25 manata isə xəstəninin
ancaq bir daxili orqanı analiz olunur. Misal üçün qara ciyərinin analizi
üçün 25 manat ödəyən xəstə böyrəyinin də analiz olunması üçün əlavə 15,
bəzən isə 20 manat ödəmək zorunda qalır. Bundan başqa xəstəxanada
rentgen və kardialoji aparatlarında qiymətləri özəl xəstəxanalardaki
qiymətlərdən fərqlənmir. Şikayətçi vətəndaş iddia edir ki,  “aparatlarda
çalışan həkimlər açıq şəkildə bu soycunçu qiymətlərin baş həkim Laçın
İmanov tərəfindən təyin olunuduğunu və onlara hər xəstəyə görə görə cüzi
faiz verildiyini bildirirlər.
Belə ki,
PİA.AZ-a daxil olan şikayət məktubunda bildirilir ki, baş həkim hər bir
şöbəyə özünün bir, ya da bir neçə adamını təyin edib. Ödənişləri də məhz
həmin şəxslər həyata keçirirlər. Ödənişlərə görə isə vətəndaşlara heç
bir qəbz verilmir. Sadəcə pulu alıb masanın siyirməsinə atır və həkimin
yanına keçməyə icazə verirlər.
Baş həkimin
ödənişlərə görə vətəndaşlara qəbz verməməsi xəstəxanada hər gün yüzlərlə
insandan toplanan külli miqdarda vəsaitlərin mənimsənilməsi anlamına
gəlir. Bu həmçinin böyük miqdarda qanunsuz gəlir əldə edilməsi və bu
gəlirin vergidən yayınması demək olur.
Qeyd
edək ki, şikayət məktubu ilə əlaqədar olaraq PİA.Az-ın əməkdaşı Nəsimi
rayonu Puşkin küçəsi 26 ünvada yerləşən xəstəxanada olub və şikayətlə
bağlı araşdırma aparıb. Əməkdaşımızın müşahidələri nəticəsində şikayətdə
göstərilən faktlar öz təsdiqini tapıb. Ən acınacaqlı vəziyyət isə
Dövlət Mərkəzi Dəmiryolu Xəstəxanasının binasının vəziyyətidir.
Xəstəxananın yerləşdiyi binalar müasir dövrün tələblərinə qətiyyən cavab
vermir. Xəstəxananın binaları İkinci Dünya Müharibəsindən əvvəl inşa
edilib və binalar tibb ocağının fəaliyyəti və həmçinin yaşayış üçün
yararsız vəziyyətdədir. Belə ki, baş həkimin oturduğu inzibati binanın
bir hissəsi cari təmir olunasa da, xəstəxananının əsas binalarında
divarlarda suvaqlar sökülmüş vəziyyətdədir. Xəstəxanaya daxil olarkən
ilk hiss olunan o olur ki, bu xəstəxana son 20-30 il müddətində cari
təmir öelə olmayıb. Eyni zamanda xəstəxananın antisanitariya vəziyəti də
qənaətbəxş deyil.
PİA.AZ-ın əməkdaşının
apardığı araşdırma nəticəsində məlum olub ki, son 3 il müddətində
xəstəxana binasının cari təmiri üçün 600 min manat ayrılsa da,
xəstəxanqada cari təmir aparılmayıb. Görünür ki, baş həkim Laçın İmanov
vətəndaşlardan qanunsuz olaraq aldığı ödənişləri mənimsədiyi kimi,
dövlətin təmirə ayırdığı vəsaitləri də mənimsəyir.
Qeyd
edə ki, Dövlət Mərkəzi Dəmiryolu Xəstəxanasında baş alıb gedən
qanunsuzluqlarla bağlı məlumatları ikinci yazımızda oxucularımızın
diqqətinə cəlb edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=10681

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930