Ziya Məmmədovun qələmini "qırırlar"…
Oğul Anar Məmmədovun ABŞ- dak hərəkətləri nəqliyyat
nazirini bitirə bilər
Ötən saylarımızda məlumat veridiyimiz kimi hakimiyyət daxilində “köhnə
qvardiya”- ya məxsus bir sıra şəxslərin vurulması və vəzifəsindən yola
salınması qərara alınıb. Hazırda bu istiqamətdə görüləcək işlərə hazırlıq
gedir. Buna görə də vurulması nəzərdə tutulan iri ranqlı məmurlara və onların
yaxın ətrafına güclü nəzarət var. Yola salınması nəzərdə tutulan yüksək vəzifəli
şəxslərdən biri də Nəqliyyat naziri Ziya Məmmədovdur. Onun vurulmasında daha
çox maraqlı olan və bu prosesdə iştirak edən Paşayevlər qrupunun boşalacaq vəzifəyə
öz namizədi də var. Bu namizəd “Azəryolservis”
ASC-nin sədri Cavid Qurbanovdur.
“Yeni Cumhuriyyət” qəzetinə etibarlı mənbələrdən
daxil olan məlumata görə Ziya Məmmədovun vurulması ilə bağlı son zamanlar baş
vermiş 2 mühüm hadisə onun bu postdan alınmasını sürətləndirə bilər. Birinci məlumat onunla bağlıdır ki, Ziya Məmmədovun
rəhbərlik etdiyi nəqliyyat sektorunda olan çox saylı şikayətlər, qanun pozuntuları
və ayrılan vəsaitlərin təyinatdan kənar xərclənməsi ilə bağlı məlumatlar
artmaqda və geniş şəkildə ictimailəşməsidir. Verilən məlumatlara görə bu
yaxınlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin
qatar bələdçilərinin Prezident Administrasiyası qarşısında etiraz
aksiyası keçirməsi hakimiyyət daxilində Ziya Məmmədova qarşı
olan qruplardan birinin dəstəyi və təşkilatçılığı ilə baş tutub. Digər tərəfdən
son zamanlar Nəqliyyat nazirliyinin xətti ilə inşa olunan yolların keyfiyyətsizliyi
və bu istiqamətdə ayrılan milyonların korrupsiyaya ugraması ilə bağlı dövlət
başçısına daxil olan təkzib edilməz bir faktı o özü yerindəcə yoxlayıb və buna
görə Ziya Məmmədovu sərt tənqid edib. Söhbət Zabrat- Kürdəxanı- Pirşağı yolunun
yenidən qurulması zamanı görülən keyfiyyətsiz işlərdən gedir. Təmirdən çıxmış
yolun açılmasında iştirak edən dövlət başçısı ayrılan vəsaitlə müqayisədə işlərin
keyfiyyətsiz aparılması, yolun dar olması, səkinin və işıqlandırma sisteminin
qurulmaması, yol kənarının abadlaşdırılmaması və s. məsələlərə görə nəqliyyat
nazirini sərt tənqid edib. Hətta dövlət başçısının Ziya Məmmədova qəzəbli
olması Az. TV- nin ekanlarında da diqqətdən yayınmayıb. Belə ki, əl jestlərindən
və üz cizgilərindən əsəbləşdiyi hiss olunan İlham Əliyev danışarkən arxasını nəqliyyat
şefinə qarşı çevirir və Cavid Qurbanova fikirlərini bildirir. Etibarlı mənbələrdən
redaksiyamıza verilən məlumatlara görə ölkə başçısının sərt tənqidlərinə məruz
qalan Ziya Məmmədovun səhhətində problemlər də yaranır və 2- 3 gün hətta işə
belə çıxmır.
Əldə
etdiyimiz məlumata görə Nəqliyyat nazirinin vurulmasına səbəb olan digər hadisə
nə qədər qəribə olsa da ABŞ- da onun oğlunun hərəkətləri nəticəsində baş verib. Belə ki, hərəkətləri hakimiyyət tərəfindən ciddi
şəkildə nəzarət olunan, amma bu nəzarətdən xəbərsiz olan nazir oğlu Anar Məmmədov
ABŞ- da keçirdiyi görüşlərdə, yüksək səviyyəli ziyafətlərdə və tədbirlərdə Azərbaycan
hakimiyyətini və dövlət başçısını deyil, konkret olaraq atasını təbliğ edib. O
öz çıxışlarında atasının Azərbaycanda və dünyada çox tanınmış, möhtəbər,
imkanlı və perspektivli bir xadim olduğunu bildirib. Yəni bununla da atasının
yaxın gələcəkdə hakimiyyətin və ölkəsinin daha öndə gedən simalarından
olacağına, buna görə də məhz Məmmədovlara stavka edib onlarla əməkdaşlığın zərurəti
mesajını verib. Məlumat olduğu kimi dövlət başçısına və onun xanımına
çatdırılıb və kifayət qədər qəzəblə qarşılanıb.
Əldə etdiyimiz məlumatlara görə Ziya Məmmədovun
vurulması ilə bağlı hakimiyyət daxilində onun əleyhinə kompramat və faktların
toplanması prosesi sürətlə davam etdirilir. Bu əməliyyat “köhnə qvardiya”- ya
daxil olan bəzi digər yüksək səviyyəli məmurlara da qarşı aparılır. Növbəti
saylarımızda bu barədə araşdırmalarımız və yazılarımız davam edəcək.
Elçin Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=12442