Sərsəngə yürüş

03.12.2014 - 12:59

1948-ci
ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında
ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr
ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd
olunur.

Dağlıq
Qarabağ və ona bitişik 7 rayonun və əsasən də bu regionun əsas su mənbələrindən
olan Sərsəng su anbarının işğal olunması nəticəsində Dağlıq Qarabağ və ona
bitişik ətraf rayonlar ekoloji təhlükə qarşısında qalmışdır. Ərazi 20
ildən artıqdır ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğundan
cəbhəyanı rayonlarda yaşayan əhali Sərsəng su anbarından istifadə etmək
imkanlarından məhrum edilib. Həmçinin sözügedən su anbarına, onun
qurğularına və bəndinə texniki xidmət göstərilmədiyi üçün anbar qəzalı
vəziyyətə düşmüşdür. Baş verə biləcək qəza işğal olunmuş ərazilər ilə yanaşı
qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Bu isə insanların
həyatına, səhhətinə, əmlakına zərər vurulmasına və digər hüquqlarının
pozulmasına, habelə, regionda olan digər canlıların məhvinə gətirib çıxara
bilər.

Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz
mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. Bu
baxımdan su ehtiyatlarının çirkləndirilməsi taktikası da Ermənistanın ekoloji
terror siyasətinin əsas təsirlielementlərindən sayılır.İşğalçılıq
siyasətini həyata keçirən ermənilər ekoloji terror vasitələrinə əl atıb,
bununla da nəinki insanlığa qarşı, həm də təbiətə qarşı amansız cinayətlərə
başlayıb. Erməni işğalçılarının Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri
ekoloji fəlakət dünya miqyasında diqqət çəkən ən böyük humanitarfaciələrdən
birinin xəbərçisidir.

Məhz bu
səbəbdən İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar kimi
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA),
“İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq
Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu öz doğma yurd-yuvalarından didərgin
düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng
regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının
qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsi məqsədilə 10 dekabr 2014-cü
il tarixində jurnalistlərlə yanaşı Azərbaycan Respublikasında akkreditasiya
olunmuş 58 ölkənin diplomatik nümayəndələrinə “Sərsəngə Yürüş” aksiyasında Sərsəng
su anbarının işğalından ən çox əziyyət çəkən Tərtər rayonuna və onun bir sıra
kəndlərinə səfər etmək üçün xüsusi dəvətnamə göndərmişdir.

Təşkilatçılar olaraq biz Diplomatik nümayəndəliklərin adı çəkilən
aksiyada iştirak edəcəklərini ümid edir və Onların “Beynəlxalq
İnsan Hüquqları Günü”-ndə bir
milyona yaxın insanımızın pozulmuş və pozulmaqda davam edən əsas insan hüquq və
azadlıqlarına laqeyd yanaşmayacaqları qənaətindəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14108

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930