Xədicə İsmayıl həbs olundu
Vəkil Elton Quliyev bildirilir ki, X.İsmayılova
prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi
üzrə çağrılıb. Bir müddət əvvəl el arasında “siçan dərmanı” adlandırılan
və tərkibi sink-fosfitdən ibarət olan zəhərli preparat qəbul edərək
intihara cəhd göstərən Mustafayev istintaqa bildirib ki, onu intihara
Xədicə İsmayıl sövq edib, belə ki, o zaman “Azadlıq” radiosunun Bakı
bürosunun rəhbəri olan X.İsmayıl T.Mustafayevi işdən çıxarıbmış.
Xatırladaq ki, bu il fevralın 17-də Xədicə İsmayıl В«facebookВ»
şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid
olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət
partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist ona bu
materialı hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin
2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində
Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət
işi başlanıb.
Həmin materialda öz adının hallandığını iddia edən Elman
Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində
jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə
cəlb olunmasını istəyib. Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi rayon Məhkəməsində proses gedir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14205