“Azercell”in gizli sahibləri

16.01.2014 - 03:31

Mobil operator şirkətinin pərdəarxasındakı əsas fiqurları: Kiril Qaburiç, Voronin, Ali Ağan, Musa Pənahov, Rza İbadov və s.

Mobil operator şirkətinin pərdəarxasındakı əsas fiqurları: Kiril Qaburiç, Voronin, Ali Ağan, Musa Pənahov, Rza İbadov və s.

 
Xeyli müddətdir ” Azercell” MMC-nin fəaliyyəti ilə bağlı ciddi
araşdırma aparırdıq. Məqsədimiz ölkənin ən böyük mobil operatorunda baş
verənləri cəmiyyətə tam halda, yəni bütöv şəkildə çatdırmaq idi. Məhz belə bir məqamda xəbər saytlarından biri “Azercell”in
fəaliyyəti ilə bağlı şok adlandırdığı xəbəri cəmiyyətə təqdim etdi.
Xəbərə nəzər salanda açıq-aşkar hiss olunur ki, hansısa məqsədlə məlumat
tam-bütöv halda deyil, kəsilmiş, yarımçıq, sanki qayçılanmış halda
ötürülüb. Və sanki bilərəkdən hədəf yayındırılıb, əsas fiqurlar pərdə
arxasında qalıb. Ona görə də “Azercell”də baş verənlərlə bağlı “ümumi
mənzərə”ni cəmiyyətə təqdim etmək qərarına gəldik.

Məsələ ilə bağlı araşdırma aparan qafqaznews.az xəbər verir ki, ilk öncə bütün
ölkəni əhatə edən “Azercell” kimi nəhəng müəssisəni idarə edən aparıcı
fiqurlarla tanış olaq.Hazırda “Azercell”in prezidenti Kiril Qaburiç
2001-ci ildən “Moldov-cell”-də çalışıb. Halim Atəş “Moldov-cell”in
prezidenti olanda Kiril Qaburiç şirkətdə satış direktoru olub. Və bu iki
şəxsin dostluğu və “birgə fəaliyyəti” həmin dövrdən başlarıb. Onu da
qeyd edək ki, həmin dövrdə Vladimir Voronin Moldovanın prezidenti olub.
Əsas diqqəti yayındırmadan onu da qeyd edək ki, Vladimir Voroninlə
nəqliyyat naziri Ziya Məmmədovun müavini Musa Pənahov qudadırlar. Daha
dəqiq desək, Musa Pənahovun oğlu Voroninin nəvəsi ilə evlənib.

Halim Atəş “Moldov-cell”in prezidentliyindən “Azercell”ə prezident
gələndə Voroninin razılığı ilə Kiril Qaburiçi “Moldov-cell”in prezidenti
kürsüsünə, yəni öz yerinə əyləşdirib. Həm də nəzərə alaq ki, Kiril
Qaburiçlə Halim Atəşinin bir neçə illik birgə fəaliyyəti də bu işdə
ciddi rol oynayıb.

Bu cütlüyün fəaliyyəti bununla bitmir. Kiril Qaburiç sanki Halim Atəşi qarabaqara izləyir.

Halim Atəş “Azercell”in prezidenti vəzifəsindən “Fintur”a (
Finlandiya-Türkiyə birgə müəssisəsi ) rəhbər gedəndə öz yerinə yaxın
qohumu Ali Ağanı “Azercell”ə prezident təyin etdirir. Halim Atəşin digər
yaxın adamı Veysəl Araldır. Veysəl Aral əvvəlcə “U-zbek-cell”-in, sonra
isə “K-azax-cell”in prezidenti olub. Ən böyük maxinasiyalar bu
şirkətlərdə olub. Vəziyyət o həddə çatır ki, İsveçin dünyaca məhşur
telekommunikasiya nəhəngi “Telia Sonera”nın Avropa və Asiya
nümayəndəliyi birləşdirilərək “Avrasiya divizyonu” yaradılır və Veysəl
Aral divizyona rəhbər təyin olunur.

Onu da qeyd edək ki, Veysel Aral “U-zbek-cell”in prezidenti olanda
Özbəkistanın prezidentinin qızı Gülnarə Kərimova ilə böyük miqdarda
maxinasiyalarda iştirak edib. Ona görə də Veysel Aral “K-azax-cell”ə
rəhbər gedərkən Ali Ağanı öz yerinə “U-zbek-cell”ə prezident gətirib ki,
bu maxlnasiyaların üstü açılmasın.”Kazax-cell”dən isə “Avrasiya
divizyona” rəhbər gedən Veysəl Aral Ali Ağanı “Kazax-cell”ə prezident
təyin etdirir. Və “Azercell”in prezidenti vəzifəsi boşalanda isə Halim
Atəşin yadına köhnə dostu moldovalı Kiril Qaburiç düşür. Və beləliklə
Kiril Qaburiç “Azercell”in prezidenti olur.

Kiril Qaburiç Halim Atəşin yanında çox kiçik fiqur idi. Ancaq
Azərbaycanda Kiril Qaburiçə himayədarlıq edənlər tapılır. Yuxarıda qeyd
etdiyimiz kimi Musa Pənahov-Vladimir Voronin cütlüyünə yeni fiqur da
əlavə olunur. Bu şəxs keçmiş deputat, hazırda Londonda yaşayan Rza
İbadovdur. Məhz bu şəbəkənin gücü hesabına Halim Atəş və Veysəl Aral
vəzifəsindən uzaqlaşdırılır. Veysəl Aralın yerində hazırda İsveç
vətəndaşı çalışır. “Fintur”-un rəhbəri vəzifəsi isə bizdə olan məlumata
görə boşdiur. Bütün bunları yazmaqla “Azercell” adlı mürəkkəb mənzərəyə
aydınlıq gətirmək istədik. Həm də göstərmək istədik ki, 5-ci dərəcəli
fiqurların arxasında gizlənmək olmaz.Araşdırmamızı isə növbəti yazıda
cəmiyyətin nəzərinə təqdim edəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=3416

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31