Heydər Əliyev repressiyasının qurbanları…
Qambay Məmmədovla döyüş
“1969- cu ilin avqust
plenumunda irəli sürülən əsas tezislərdən biri də korrupsiyaya qarşı mübarizə
idi. Bununla gizli iqtisadiyyatla mübarizə adı altında rəqiblərin
zərərsizləşdirilməsi mexanizmini yaradıldı”
“Pambıqçılıq və üzümçülük
sahəsində şişirtmələr göz önündə idi, rüşvətxorluqla mübarizə, əslində, siyasi
rəqiblərlə mübarizə vasitəsinə çevrilmişdi”
“Hamı “rüşvətxorluqla
mübarizə”nin adından çəkinirdi, yaxud “mafiya dəstəsinə” yazdırılmaqdan
qorxurdular”
Qambay Məmmədovla döyüş
“1969- cu ilin avqust
plenumunda irəli sürülən əsas tezislərdən biri də korrupsiyaya qarşı mübarizə
idi. Bununla gizli iqtisadiyyatla mübarizə adı altında rəqiblərin
zərərsizləşdirilməsi mexanizmini yaradıldı”
“Pambıqçılıq və üzümçülük
sahəsində şişirtmələr göz önündə idi, rüşvətxorluqla mübarizə, əslində, siyasi
rəqiblərlə mübarizə vasitəsinə çevrilmişdi”
“Hamı “rüşvətxorluqla
mübarizə”nin adından çəkinirdi, yaxud “mafiya dəstəsinə” yazdırılmaqdan
qorxurdular”
12 dekabr Azərbaycan tarixinin ötən 60
illik dövründə böyük rol oynamış Heydər Əliyevin həm də rəsmi vəfat günüdür. Bu
ərəfədə bir daha onun kimliyi, keçdiyi həyat yolu, fəaliyyəti, indiyə qədər
haqqında deyilən və deyilməyənləri, bildiklərimizi və bilmədiklərimizi ümumiləşdirib
bu günün prizmasından yaxın tariximizə işıq salmaq istədik. Qəzetimizin bir neçə
sayında bu barədə yazılar dərc etdik. Mövzunu yalnız sabiq dövlət başçsının
ölüm günü ilə bağlı olduğundan yekunlaşdırmaq istədik. Amma… Redaksiyamıza
müraciət edən çoxsaylı oxucular mövzunun davam etdirilməsini xahiş etdilər.
Oxucularımızın istəyi ilə mövzuya “davam” dedik. Yazıda qeyd olunanlarla bağlı
maraqlı şəxslərin, adı keçənlərin yaxınlarının, oxucularımızın da fikirlərinə
yer ayırmağa hazırıq. Yeganə məqsədimiz yaxın tariximizə işıq tutmaqdır…
“Əliyevin sakit inqilabı”
Və ya korrupsiyaya qarşı
1969- cu il avqust “mübarizəsi”…
Ötən
yazılarımızda qeyd etdiyimiz kimi Heydər Əliyevin Azərbaycan Kommunist
partiyası Mərkəzi Komitəsinin birinic katibi təyin olunması müəyyən qədər
gözlənilməz olur. Çünki o zamankı 1- ci katib Vəli Axundovun öz yerinə Moskvaya
göndərdiyi 16 nəfərlik namizəd siyahısında Heydər Əliyevin adı olmayıb. Həm də
DTK sədrinin birdən- birə ölkəyə 1- ci katib təyin olunması praktikası həm
Azərbaycanda, həm də digər SSRİ
ölkələrində yox idi. Bir çox
mütəxəssislər və araşdırmaçılar 1969- cu ildə Heydər Əliyevin hakimiyyətə
gəlməsini “Əliyevin sakit inqilabı” adlandırıb.
Əliyev düşünürdü: “Biabırçılıqdır. Respublikada
anarxiya və özbaşınalıqdır. Bəs, bu orqanlar nəyə görə mövcuddur?”. Azərbaycana
vicdanlı müstəntiqlər, ədalətli hakimlər lazımdır. Prinsipləri hər şeydən yüksək
tutan, satın alınmayan rəhbərlər gərəkdir. Xalq sakitlik istəyir, amma bunu ona
verən yoxdur. Respublikanı idarə edəcək güclü adamın hakimiyyətə gəlmək məqamı
yetişib. Xalq bu güclü əli gözləyir. Bu adam, mən olacağam!”,- deyən
Əliyev Sviqunu Sviqun isə Brejnevi
inandırmağa çalışırdı ki, Azərbaycanda sovet hakimiyyəti yoxdur. Özbaşınalıqdır
və ölkə uçuruma gedir. Ölkəni bu vəziyyətdən ancaq Heydər Əliyev çıxara bilər.
Bu sətirlər Azərbaycan KP MK-nın bölmə müdiri işləmiş sosioloq-alim, sonradan
1974-cü ildə Azərbaycanı tərk etmiş Ilya Zemtsovun “Partiya, yoxsa mafiya”
(oğurlanmış respublika) kitabındandır. Ilya Zemtsovun 1976-cı ildə Parisdə nəşr
edilən kitabı Azərbaycanda vəziyyətə, “Əliyevin sakit inqilabı”na həsr olunub.
… Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1969- cu
ilin avqust plenumundakı irəli sürdüyü əsas tezislərdən biri də korrupsiyaya
qarşı mübarizə idi. O bununla gizli iqtisadiyyatla mübarizə adı altında
rəqiblərin zərərsizləşdirilməsi mexanizmini yaradırdı. Keçmiş DTK generalı bilirdi
ki, onun hakimiyyət başına gəlməsini istəməyən, bu vəzifəyə daha layiqli çoxlu
sayda insanlar var. Onu qarşıda uzun və çətin yol gözləyirdi. Məhz bunun üçün
də müəyyən “kadr islahatlarına” (oxu repressiyalarına- red.) ehtiyac var idi. O
hakimiyyətdə möhkəmlənmək üçün özünə dəstə, itaətkar komanda yığmalı idi. Bunun
üçün də dikbaş, itaətkar olmayan, dürüst, əyilməyən bütün insanları qılıncdan
keçirməli idi. Heydər Əliyevin irəli sürdüyü “korrupsiyaya qarşı mübarizə”
taktikası əslində yenidən bölüşdürmə, köhnə komandanın DTK əməkdaşları ilə
əvəzlənməsi, iki-üçqat nəzarətin yaradılmasına xidmət edirdi.
Qisasçılıq
dövlət siyasətinə çevrilir…
Azərbaycanda 1969-cu ilin sakit inqilabının ilk
əzabkeşləri dünyasını belə dəyişdi… Bu yeni repressiyaların, yeni total
həbslərin başlanğıcı idi. Qorxu qayıdırdı. Azərbaycanı qarşıda daha böyük
faciələr gözləyirdi. Bir tərəfdə yalan və haqsızlıq, o biri tərəfdə plan və
yalançı təriflər dayanmışdı. Bir tərəfdə zalları titrədən sürəkli alqışlar, o
biri tərəfdə oğul itirən anaların hıçqırıq dolu göz yaşları dururdu. Bir
tərəfdə kürsülərdən deyilən əsassız nitqlər, o biri tərəfdə polis rejiminin
zorla adlara yazdırdığı cinayətlər… Qisasçılıq dövlət, partiya
siyasətinə çevrilirdi…
İlk hədəf Qambay Məmmədov
olur
Azərbaycan KP MK- nın birinci katibi seçilən Əliyev hakimiyyətini
möhkəmlətmək üçün elə ilk günlərdən repressiyalara başlayır. O ilkin olaraq
onun bu vəzifəyə gəlməsini istəməyən, eləcə də ölkədə nüfuz sahibi olan, ona
ram olmayan, əyilməyən və Moskvada az- çox tanınan, hörmət olunan vəzifəli şəxsləri
sıradan çıxarmağa başlayır. Repsublikanın baş prokuroru Qambay Məmmədovu və
onun ətrafını hədəf seçir. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsinin ən qatı
əleyhdarlarından biri, bəlkə də birincisi respublikanın o zamankı baş prokuroru
Qambay Məmmədov olur.
Qamboy Məmmədov kim olub? Böyük Vətən müharibəsi
qurtarandan sonra Stalinqrad döyüşlərinin qəhrəmanlarından biri, sinəsi
orden-medalla dolu zabit, səyyar minaatan batalyonun komandiri Qambay Məmmədov
müharibədən sonra Azərbaycana qayıdaraq “KQB”-yə işə götürülür, bir müddət
sonra onu istintaq idarəsinə rəis təyin edirlər. O vaxt heç kimin tanımadığı
Heydər Əliyev də “KQB”də işləyirdi. Xoşbəxtlikdən, ya bədbəxtlikdən ötən əsrin
50-ci illərində Əliyevlə bağlı iki işin istintaqını Q.Məmmədov aparmalı oldu.
Hər iki işə xitam verildi. Ancaq Əliyev Qambay
Məmmədovdan həmişə çəkinirdi. Qambay Məmmədov prinsipiallığı və vicdanlı
mövqeyi ilə SSRI prokurorluğunda böyük hörmət sahibi idi. 60-cı illərdə
respublika prokuroru məsələsi həll ediləndə Məmmədovun namizədliyi müdafiə
olundu. Heç kim onun əleyhinə getmədi. Əliyevin də işləri yaxşı getməyə
başladı. Azərbaycan “KQB”-sinin sədri, Brejnevin yaxın adamı Sviqunla dostluğu
onun yollarını açdı. Sviqun Moskvaya dəyişdiriləndə Əliyev onun yerini tutdu.
Amma Əliyevin 14 iyul 1969-cu ildə birinci katib təyin olunması hamı üçün
gözlənilməz idi. Bu təyinat Qambay Məmmədovun da ürəyincə deyildi. O, hörmət
etmədiyi bir adamın belə yüksəlişini qəbul etmək istəmirdi. Məmmədovun etirazı
Əliyevin bu vəzifəyə layiq olmaması ilə bağlı idi və Əliyev haqqında açıq
danışmaqdan belə çəkinmirdi. Heç barışmaq fikri də yox idi. Amma respublika
prokurorunun bütün söhbətləri birinci katibə çatdırılırdı. Əliyev çox dözdü,
prokuroru yola gətirmək istədi, ətrafındakılarla ona xəbərlər göndərdi. Artıq
“təhlükəli şahidin aradan götürülməsi üçün” oyunlar qurmağın vaxtı çatmışdı.
Əliyev məxfi
dosyeləri işə salır…
Əliyev “KQB”-nin müavini, daha sonra sədri olanda Azərbaycan
KP MK-nın birinci katibi, büro üzvləri, digər rəhbərlər və bir qədər üzdə olan
adamlar haqqında məxfi məlumatlar yığmışdı. Xüsusilə, hüquq-mühafizə orqanları
haqqında məlumatları bir neçə dəfə Vəli Axundovla bölüşmüşdü, amma bir nəticə
olmadığından faktları özündə saxlamışdı. Indi həmin faktlardan istifadənin
zamanı gəlmişdi. Əliyevin prokurorluğun istintaq şöbəsinin rəisi Ibrahim (Saşa)
Babayevin “bəzi əməllərindən” xəbəri vardı. Onu prokurora qarşı qaldırmaq,
ondan ifadə alaraq eyni zamanda, yola gəlməyən prokurorun da məsələsini həll
etmək olardı. “KQB” Saşanı izləməyə, nəzarətə götürməyə başladı. Telefonlarına
qulaq asdılar, görüşlərini lentə aldılar. Ortaya onun və İzik Quliyevin “gizli
sex sahiblərinə himayədarlığı” məsələsi atıldı. Guya Saşa Babayev və İzik
Quliyev sexlərə pul qoymaqla böyük pul qazanır, həm də sex sahiblərini
“qoruyurdular”.
Repressiyalar Qambay Məmmədovun ətrafından başladı
Repressiyaların
niyə məhz Qambay Məmmədovun ətrafından başlanmasının səbəbləri də hamıya məlum
idi. Q.Məmmədov prokuror təyin olunana qədər 16 il “KQB”-də işləmişdi, Əliyevə
çox yaxşı bələd idi. Elə ilk illərdən Əliyevin seçdiyi prinsiplərlə
razılaşmadığını gizlətmirdi. Sov.IKP MK bürosuna, Ali Sovetə, MK yanında
partiya nəzarəti komitəsinə məktublar yazır, respublikada yaranmış real
vəziyyətlə bağlı məlumat verirdi. Pambıqçılıq və üzümçülük sahəsində
şişirtmələr göz önündə idi, rüşvətxorluqla mübarizə, əslində, siyasi rəqiblərlə
mübarizə vasitəsinə çevrilmişdi.
SSRI
prokuroruna gizli lent yazısı ötürdülər…
Onun hakimiyyəti dövründə qisasçılıq dövlət siyasətinə
çevrildi. Həbsxanalarda xüsusi “ölüm otaqları” var idi. Orda yüzlərlə şəxs
güllələndi. Güləllənməni icra edənlər içində ermənilər üstünlük təşkil edirdi.
SSRI prokurorluğunun mühüm işlər üzrə müstəntiqi
Koliniçenko bildirir: “Gizli sex” rəisləri həbs edildilər, növbə Saşa Babayevə
çatdı. Əliyev baş prokuror Roman Andreyeviç Rudenkoya zəng etdi, ona Saşa
Babayevin “gizli sex sahibləri” ilə əlaqəsi olduğu barədə məlumat verdi. Bundan
əvvəl Əliyev prokuror Qambay Məmmədovu yanına çağırdı və prokurorun yaxın adamı
olan Babayevin həbsilə bağlı sanksiya verməsini ondan tələb etdi.
Əliyev Rudenkoya bildirdi ki, Mərkəzi Komitə
respublika prokurorluğuna inanmır, buna görə də işin SSRI prokurorluğunun mühüm
işlər müstəntiqlərindən birinə verilməsini istəyir. Inamsızlıq yaratmaq üçün
faktlar çoxdan hazırlanmışdı. Gizli milislər Moskva mehmanxanalarının birində
Saşa Babayevin SSRI prokurorluğunun bir qrup əməkdaşı ilə birlikdə əxlaqsız
qadınlarla eyş-işrət məclisini lentə köçürmüşdü. Rudenkonu inandırmaq üçün
lenti ona göstərdilər. Mərkəzi aparatın lentə düşmüş əməkdaşları işdən qovuldu.
Azərbaycana isə yoxlama aparmaq üçün xüsusi istintaq qrupu göndərildi. Əliyevin
əlinə imkan düşmüşdü. Babayevin işindən istifadə edərək prokurorluqda yoxlama
başladı…
Günahsızı həbsdən azad etmək böyük
qalmaqal yaratdı…
Hakimiyyət başına gələn Heydər Əliyev tərəfindən
repressiyalar adicə bir kolxoz briqadirinin istintaqı ilə start götürdü. Bəli,
bəli, adi bir kolxoz briqadiri ilə bağlı əməliyyat məlumatları ölkədə nəhəng
repressiya maşınını işə saldı. Xaçmaz rayonunda hüquq-mühafizə orqanlarına
məlumatlar daxil olmağa başladı ki, kolxozlardan birinin briqadiri Heydərov
planda nəzərdə tutulandan çox sahə əkir. Bu sahədən yığılan tərəvəzi əldə
satdırır və qazanılan pulu rayonun bir çox məsul vəzifə sahibləri ilə
bölüşdürür.
Yoxlama təşkil edildi. Yoxlamaya rayon kənd
təsərrüfatı idarəsinin baş mühasibi Seyidov rəhbərlik edirdi.Yazılan faktlar təsdiq edildi.
Bu vaxt Heydərov Seyidova 300 rubl rüşvət təklif edir. Seyidov rüşvət almaqdan
imtina edir və yazılmış aktı bütün komissiya üzvləri üçün imza atmağa
hazırlayır. Heydərov rayona gedir və məsələ barədə arxası olan milis məmuruna məlumat
verir. Milis məmuru Heydərova Seyidovun ondan 300 rubl rüşvət istəməsi haqqında
ərizə yazdırır. Belə də olur. Pul tapdılar, nömrələrini yazıb, əməliyyat qrupu
yaratdılar və Seyidovu şərləyib həbs edirlər.
70-ci illərin ağır cinayət olayları
barədə mühüm işlər müstəntiqi Koliniçenko bildirir;
Seyidovun günahsızlığı açıq-aşkar görünürdü. Ancaq qrupda
prokurorluğun müstəntiqi vardı, rayon prokuroru da bu əməliyyata icazə
vermişdi, sonra da həbs etdi… Maşın işə düşmüşdü, amma dişli çarx bir tərəfə
fırlanırdı. Hər şey komissiya sədrini günahkar çıxarmağa yönəlmişdi. Amma
Seyidov da barışmaq istəmirdi. Hər yerə şikayət yazırdı. İşi bir neçə dəfə
respublika prokuroru istəmişdi, müxtəlif prokurorlar araşdırmışdı. Hamı da eyni
nəticəyə gəlirdi: Seyidov qanunsuz həbs edilib, günahı yoxdur.
Amma hamı “rüşvətxorluqla mübarizə”nin adından çəkinirdi, yaxud
“mafiya dəstəsinə” yazdırılmaqdan qorxurdular. Buna görə də heç kim bu ədalətli
qərarı çıxarmaq istəmirdi. Bu səbəbdən Seyidov altı ay həbsxanada yatdı.
Istintaq müddətini bundan sonra yalnız respublika prokuroru uzada bilərdi.
Qambay Məmmədovun yanında operativ müşavirə keçirildi, məsələ müzakirə olundu.
Hamı eyni fikirdəydi, işi bu vəziyyətdə məhkəməyə göndərmək olmazdı. Seyidov
azadlığa buraxıldı, amma onun “əlində rüşvət tutanlar” vəziyyətlə barışmaq
istəmirdilər.
Fərid Abdullayev, CUMHURİYYET.az
(ardı var)
Short URL: http://www.cumhuriyyet.net/?p=3473