Ziya Məmmədov qardaşını niyə qoruya bilmədi?

07.02.2014 - 00:18

Nəriman Məmmədovun
Nəqliyyat Nazirliyindəki “parlaq karyerası”nın müəmmalı sonluğu haqda qeydlər …

Nəqliyyat naziri Ziya Məmmədov ətrafında təhlükəli
oyunların getməsi haqda dolaşan çeşidli informasiyalar özünü doğrultmaqdadır. Məsələnin
mahiyyətinə keçməzdən öncə xatırladaq ki, müxtəlif ekspertlər və məlumatlı mənbələr
son zamanlar Ziya Məmmədovun mövqelərinin məqsədli şəkildə zəiflədilməsi yönündə
fəallaşmanın müşahidə olunduğunu iddia edir.

Məsələn, bu qəbildən olan sonuncu
açıqlamaya müəlliflik etmiş sabiq millət vəkili Cümşüd Nuriyev hələ bir müddət
öncə bəyan etmişdi ki, Ziya Məmmədov hədəfdədir və onu hədəfə alanlar həm Nəqliyyat
Nazirliyindədir, həm də kənarda. Ekspert bu açıqlamanın ardınca konkret ad çəkməsə
də ölkə mətbuatı, o cümlədən “Yeni Cumhuriyyət” qəzeti özəl mənbələrinə söykənərək
Ziya Məmmədovun “vurulma” prosesinin arxasında Paşayevlər qruplaşmasının
dayandığını iddia etmişdi.

Dünən yayılan xəbər isə nəqliyyat
nazirinin doğurdan da hədəfə alındığını təsdiqləməklə, həm də prosesin dönməz
xarakter alacağını düşünmək üçün əsaslar yaratdı. İndi isə əslində bir neçə gün
bundan öncə baş vermiş, sadəcə olaraq dünən ictimailəşmiş olaya göz ataq… 

Ziya Məmmədovun
ilk “qurbanı” qardaşı oldu

Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədov
qardaşını işdən çıxarıb. Belə ki, o bir neçə gün əvvəl qardaşı ilə bağlı əmr
verib. Həmin əmrdə bildirilir ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət
göstərən “MMC 85″adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən azad
olunsun. Olduqca maraqlı və maraqlı olduğu qədər də paradoksla zəngin
informasiyadır. Azərbaycan reallığında bir qardaşın nazir olduğu strukturda digər
qardaşın vəzifədən alınması hər halda təbii qarşılana bilməz. Burada hökmən və
hökmən bir amma var. Bəs, nədi bu amma?

“Yüni Cumhuriyyət” özəl mənbələri vasitəsilə öyrənə bilib ki, qardaşı Nəriman Məmmədovun
işdən azad olunması Ziya Məmmədovun adıyla əlaqələndirilsə də bu belə deyil.
Düzdür, nəqliyyat naziri qardaşının vəzifədən azad olunmasına dair məlum sərəncamı
imzalayıb. Amma məsələ bundadır ki, bu bir növ məcburiyyət qarşısında atılmış
addım olub. Mənbəmiz bununla bağlı bildiri ki, nazir qardaşının sifarişi
Prezident adminstrasiyasından gəlib və Ziya Məmmədov çoxsaylı cəhdlər göstərsə
də qardaşıyla bağlı planı poza bilməyib.

“Qardaşının işdən çıxarılması siqnaldı, əsas
hədəf isə özüdür”

Mənbəmiz
Nəriman Məmmədovun “vurulmasının” səbəblərinə toxunaraq olduqca maraqlı
ehtimallar irəli sürüb: “Əslində Nəriman Məmmədovun vəzifədən uzaqlaşdırılması
Ziya Məmmədova ilk xəbərdarlıqdır. Bundan sonar isə onun Nəqliyyat Nazirliyindəki
digər qohumları da hədəfə alınacaq ki, burada da məqsəd Ziya Məmmədovu açıq
mübarizəyə çəkməkdir. Ziya Məmmədov isə deyəsən bu plandan xəbərdardır və içində
qardaşının işdən çıxardılmasına nə qədər əsəbləşsə də bunu biruzə verməməyə
çalışır. Amma proses artıq Ziya Məmmədovun nazirlikdəki digər qohumlarına və
yaxınlarına çatdıqda nazirin özünü necə aparacağı maraq doğuru. Elə çox şey də
məhz bundan asılı olacaq. Yəni, ətrafının təmizlənməsinə etiraz etməyəcəyi təqdirdə
onun özünün “vurulması” bir qədər ləngiyə bilər. Yox, əgər Ziya Məmmədov ətrafında
baş verənlərlə barışmayaraq adekvat reaksiyalar nümayiş etdirəcəksə bu onun
sonu demək olacaq”.

Gələcəkdə
nəyin necə baş verəcəyi öz yerində. Bu gün isə görünən odur ki, Ziya Məmmədov
ilk “qurbanı”nı verdi və bu onun dost-doğma qardaşıdır. İndi isə nazirin
“vurulan” qardaşını daha yaxından tanımağa çalışaq…

Kölgədəki
oliqarx: Nəriman Məmmədov

Biz onun haqqında nə bilirik? Sıravi və
bir qədər məlumatlı vətəndaş yalnız onu bilir ki, o ölkənin oliqarx-məmurlarından
olan nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Amma bu nazir qardaşının vəzifə
pillələrində irəliləməsinə dair olduqca ilginc faktlar var. Onlara nəzər salaq:
Ziya Məmmədovun nazir təyin olunmasından sonra Nəriman Məmmədov da nəqliyyat
sektorunda parlamağa başlayıb. Əvvəlcə o qədər də mühüm olmayan vəzifələrdə
çalışan N.Məmmədov sonrakı illərdə özünə qardaşının hesabına əməlli-başlı
karyera qurmağı bacarıb. Son illərə qədər Nəqliyyat Nazirliyinin
Ekspedisiya
İdarəsinin rəisi vəzifəsində çalışan Nəriman Məmmədov burada bir çox əlavə səlahiyyətlərə
də sahiblənib. Bu minvala nazirlikdəki əsas söz sahiblərindən birinə çevrilən
nazir qardaşı artıq özündən söz etdirməyi bacarıb. Belə ki, sahib olduğu
kapitala görə ölkənin oliqarxları sırasına daxil olan Nəriman Məmmədov yaş
senzinin tətbiq olunmasından sonra vəzifəsiylə vidalaşmalı olur. Amma bu bir
növ formal xarakter daşıyır və Ziya Məmmədov ona böyük səlahiyyətlər verərək
MMC rəhbəri sifatəylə yenidən səhnəyə çıxardır.

Ziya
Məmmədov qardaşına “Azəryolservis” ASC-nin nəzdində yeni bir MMC yaradıb. Nazir
qardaşının yeni MMC-sinə xüsusi ofis də təşkil olunub. “MMC
85” adlanan bu qurumun səlahiyyətləri
və qazanc mənbələri isə kifayət qədər geniş idi. Belə ki, son günlərə qədər  N.Məmmədovun rəhbərlik etdiyi MMC-yə yüksək səlahiyyətlər
və funksiyalar təşkil olunmuşdu. “Azəryolservis”in nəzdindəki Yolların Mühafizəsi
İdarəsinin əksər səlahiyyətləri, işçiləri də ixtisara salmaqla yeni MMC-yə
verilmişdi. Qaynağımız bildirir ki, bu sahə büdcədən ayrılan pulların
bölüşdürülərək yeyilməsində xüsusi yer tutur. Belə ki, yollara aid bütün
mühafizə, baryer qurma, təmir-tikinti və sair işlərə, o cümlədən ağır tonnajlı
maşınlara nəzarət etmək üçün qurulan tərəzi şəbəkəsinə yeni MMC rəhbərlik
edirmiş.

Bütün bunlara isə bir neçə gün bundan
öncə son qoyuldu. Qardaşının sərəncamı ilə istefaya göndərilən Nəriman Məmmədovun
Nəqliyyat Nazirliyindəki “parlaq karyerası”na müəmmalı şəkildə son qoyuldu. Bu
isə böyük oyunun yalnız bir epizodudur, epizod bitsə də oyunun özü davam etməkdədir.

Şahin  

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031