“Mən üç deyil, altı nazirliklə əməkdaşlıq edirəm” – Elçin Behbudov
“Mən üç deyil, altı nazirliklə əməkdaşlıq edirəm” – Elçin Behbudov
“Xədicə İsmayıl düz demir, mən üç nazirliklə deyil, 6 nazirliklə əməkdaşlıq edirəm.”
Bunu Avropa.infoya açıqlamasında hüquq müdafiəçisi Elçin Behbudov deyib. Onun sözlərinə görə, hələ X.İsmayıl işlədiyim daha üç mühüm nazirlyin adını çəkməyib: “Yəqin onun bundan xəbəri yoxdur ki, verdiyi hesabat dolğun deyil. Mən isə deyirəm ki, hüquq müdafiəçisi Elçin Behbudov Müdafiə Nazirliyi, Səhiyyə və Təhsil Nazirliyi ilə də əməkdaşlıq edirəm. Burada nə var ki?… Əgər mən onlarla əməkdaşlıq etməsəm, kim məni bu qurumların fəaliyyəti ilə bağlı monitorinq apara bilərəm? Odur ki, X.İsmayılova gedib öz işi ilə məşğul olsun. Ona-buna az şpionluq etsin.”
E.Behbudov Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=4207