Rövnəq Abdullayevlə bağlı şok iddia

19.02.2014 - 11:09

Rövnəq Abdullayevlə bağlı şok iddia

Ekspert ARDNŞ-in rəhbərinin “Nur”çularla əlaqələrinə dair yayılan məlumata şərh verdi

Elxan Şahinoğlu: “Ərdoğan “Nur”çulara görə rəsmi Bakı ilə münasibətləri korlamaz”

Türkiyə ilə Azərbaycan arasında yaşanan soyuq münasibətlərin səbəbi kimi bir neçə faktor göstərilir. “Yeni Müsavat” qəzetinin məlumatına görə, budəfəki gərginliyin əsasında iki məqam dayanır. Onlardan birincisi, Azərbaycan hakimiyyətinin rüşvət və korrupsiyaya qarşı elan etdiyi mübarizədir. I.Əliyevin bəyanatlarının AKP-yə müxalif olan qrupların media quruluşlarında dərc olunması sonuncu tərəfindən birmənalı qarşılanmayıb.

Narazılığı doğuran ikinci məqam kimi məqalədə AKP iqtidarının SOCAR və onun rəhbəri Rövnəq Abdullayevi “Nur” camaatına bağlı olan “Hizmet” Hərəkatına yaxın sima kimi bilir. Bu fakt Azərbaycanda hər kəsin təəccübünə səbəb ola bilər, lakin Türkiyə iqtidarı məsələyə məhz bu pəncərədən baxır. Ona görə də AKP SOCAR-a yeni-yeni problemlər çıxarır və çıxaracaq.

ARDNŞ-lə bağlı səslənən məqamlara adı çəkilən strukturdan münasibət öyrənmək istəksək də, bir nəticə hasil olmadı.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, hazırda həqiqətən də AKP hökuməti “Nur”çularla ölüm-dirim savaşı aparmaqdadır. Ərdoğanın son çıxışında “Nur”çuları bir daha paralel dövlət yaratmaqda ittiham etdiyini deyən E.Şahinoğlu vurğuladı ki, həmin təriqətin ən güclü qollarından birinin məhz Azərbaycanda olması hamıya yaxşı bəllidir: “Azərbaycan hakimiyyəti Ərdoğanın rəqiblərinin ölkəmizdəki fəaliyyətinə elə bir maneə yaratmır. Onların universitetlərinin bir çox məzunları hakimiyyət içərisində də var. Azərbaycan hakimiyyəti də hələki onları özünə problem görmür. Halbuki mən əksini düşünürəm. Çünki həmin xətt Türkiyədə dövlət içərisində dövlət qura bilirsə, dövlət xadimlərini nəzarətdə saxlaya bilirsə, onlar eyni işi başqa ölkələrdə də görə bilərlər. Amma Azərbaycandakı “Nur”çular hakimiyyətlə çox yaxşı münasibətlərdədirlər. Ola bilsin ki, bu münasibətlərin belə yaxşı olması Türkiyədəki hakim partiyanı narahat edir. Amma bu heç də o demək deyil ki, Ərdoğan rəsmi Bakıdan da “Nur”çuların Türkiyədəki kimi əl-qolunu yığmağı istəyir”.

Türkiyədə “Nur”çuların Ərdoğana savaş elan etdiyi bir zamanda Azərbaycandakı “Nur”çuların da baş nazirin siyasəti ilə barışmadığını deyən E.Şahinoğlu vurğuladı ki, amma baş verənlər heç də elə qiymətləndirilməməlidir ki, Ərdoğan “Nur”çulara görə rəsmi Bakı ilə münasibətləri korlaya bilər: “Hazırda Türkiyə hökuməti “SOCAR”la dəyəri milyard dollarlıq layihələr həyata keçirir. Gülən camaatına görə Ərdoğan bu layihələrdən imtina edən deyil. Çünki bu proyektlərdən ən çox qazanan elə Ərdoğan hökuməti özü olacaq”.

ABŞ və Avropadan Türkiyəyə Ermənistanla sərhədlərin açılmasına dair təzyiqlərin olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, amma buna baxmayaraq Ərdoğan Azərbaycana verdiyi vədə sadiqdir. 

 

azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4401

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031