"Durğunluq illəri"- nin təlatümlü repressiyaları…

02.03.2014 - 00:51

Çarmıxa çəkilmiş alim- ziyalılar

 

 

(Əvvəlini burdan http://www.cumhuriyyet.net/sonxeber/4042-heyder-eliyevin-bala-stalin-intiqami.html oxuya bilərsiniz)

 

Heydər Əliyev
və L.İ. Brejnevin hakimiyyət başında olduqları 1970- ci illərin tariximizdə həm
də “Durğunluq illəri” kimi xatırlanır.
Amma əslində həmin illərdə iqtisadi inkişafda, siyasi həyatda durğunluq mövcud
olsa da mahiyyət etibarı ilə 1937- ci illərin cəza üsualları və repressiyaları
qalmaqda, davam etməkdə idi. Əksinə 37- ci illərdən fərqli olaraq şəxsiyyətə
pərəstiş özünün pik nöqtəsinə çatmışdı. Rəhbərdən fərqli düşünmək, söz demək və
ya onu addım başı vəsf etməməyin cəzası çox ağır idi. 1970- ci illər həm də dürğunluq
illərinin təlatümlü repressiyaları ilə tarixə çevrilib. Həmin illərdə təkcə 1-
ci katiblər, partiya fəalları, kolxoz, sovxoz rəhbərləri deyil, sadə ziyalı
insanlar, alimlər də ağır şəkildə cəzalanırlar. İşdən, partiyadan çıxarılıb
həbsə atılırlar. Hətta bəzən onlara görə bütün ailə, nəsl təqib və təzyiqlərə,
repressiyalara məruz qalır.

MK katibi təriflədi, H. Əliyev işdən çıxartdı

Heydər Əliyevin qısqanclığı
üzündən, onun qəzəbinə tuş gələn alimlərdən biri də Iqtisad Institutunun direktoru
professor Mədət Allahverdiyev oldu. 1970-ci ildə Sov.IKP MK katibi Kulakovun
iştirakı ilə məhsul istehsalının artırılmasına dair Azərbaycan KP MK-nın
plenumunda M.Allahverdiyevin dərin məzmunlu çıxışı Kulakovun çox xoşuna gəlir.
O, M.Allahverdiyevi xeyli tərifləyib, Moskvada Siyasi Büro üzvlərinə bu insan
barədə məlumat verəcəyini bildirir. Bu, özündən başqa heç kimin təriflənməsini və
Moskva tərəfindən özündən başqa heç kimin tanınmasını istəməyən respublikanın
1-ci adamı Heydər Əliyevin xoşuna gəlmir. Bununla əlaqədar M.Allahverdiyevin
qara günləri başlayır. Kulakov gedəndən dərhal sonra M.Allahverdiyevin
rəhbərlik etdiyi Iqtisadiyyat Institutuna M
ərkəzi Komitədən, Xalq Nəzarəti Komitəsindən
və Maliyyə Nazirliyindən böyük bir komissiya “yoxlama” işinə başlayır. Yalançı
arayışlar tətrtib edilir. M.Allahverdiyev işdən çıxarılır, partiyadan xaric
edilir. Ona heç yerdə iş vermirlər. Nəticədə bu savadlı mütəxəssis psixi
təzyiqlərə məruz qalaraq, maddi imkansızlığa düçar olub, dünyasını acınacaqlı
vəziyyətdə dəyişir.

Evində mina axtarılan alim- rektor

Heydər Əliyev
repressiyasının qurbanlarından biri də Kənd Təsərrüfatı Institutunun rektoru,
sovxozlar naziri, MK-nın katibi və Elmi-Tədqiqat Kənd Təsərrüfatı Institutunun
direktoru, professor Soltan Mirzəyev olmuşdur. O vaxtlar ev yıxmaqda, təmiz
adamları ləkələməkdə ad çıxarmış Xalq Nəzarəti Komitəsinin sədr müavini Salman
Cəfərovun amansız yoxlamasına məruz qalıb, işdən azad olunur. Onun atasından,
babasından qalan bağ dəfələrlə “minaaxtaranlar” tərəfindən alt-üst olunur, guya
bağda alimin gizlətdiyi qızılları axtarırlar. Evində olan kitabları alt-üst
edib, namizədlik və doktorluq dissertasiyalarını vərəq-vərəq edib, antisovet
motiv, gəzirlər. Çalışdığı institutun 200 nəfərlik kollektivini onun əleyhinə
ittiham yazmağa məcbur edirlər. Bu ədalətsizliklərə, qeyri-insani əməllərə
dözməyən alim dünyasını dəyişir.

Bu dəfə Aqil Əliyevin qəzəbinə düçar olur

1970- ci illərin repressiyalarına məruz qalanlar təkcə Heydər Əliyevin
qəzəbinə tuş gələnlərlə məhdudlaşmırdı. Əliyevin bütün ölkə boyu sadiq
adamları, onun adından danışan və hərəkət edənlər var idi. Bir çox insanlar
həmin şəxslərin də güdazına gedib. Eyni zamanda repressiya aparatı yuxarıdan
idarə olunsa da onu yerlərdə konkret icraçıları var idi. Həmçinin repressiyaya
məruz qalanlar təkcə o adamlarla da məhdudlaşmır, Əliyevin qohumları, ailə
üzvlərinin də qəzəbinə düçar olmaq eyni taleyi yaşamaq demək idi. Xüsusən Aqil
və Cəlal Əlievlərin maraqlarına toxunmaq, onlara qarşı getməyin bədəli çox ağır
olurdu. Belə cəzaya məruz qalanları saymaqla qurtarmaq olmur. Belələrindən biri
də N.Nərimanov adına Azərbaycan Tibb Institutunun birinci normal anatomuya
kafedrasının müdiri, professor Məmmədsadiq Abdullayev olmuşdur. M.Abdullayev
hələ 4-cü kurs tələbəsi ikən məşhur anatom və pedaqoq Kamil Baxşəliyevin
tövsiyəsi və xeyir-duası ilə institutda dərs deməyə başlamışdı. 1953-cü ildə
namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdi. Bir
müddət dekan işləmişdi. Monoqrafiyalar, dərsliklər yazmış, anatomiya lüğəti
tərtib etmişdi. Anatomların Leninqradda (Sankt-Peterburq), Bakıda eləcə də
Bolqarıstanda, Çexoslovakiyada, Yaponiyada, Almaniyada, Polşada keçirilən
konqreslərində dəyərli məruzələri dünyanın görkəmli alimləri tərəfindən maraqla
qarşılanıb. Lakin, o, Heydər Əliyevin himayədarlığı altında respublikanın bir
regionunun adamlarının haqsız olaraq respublikanın o biri regionları üzərində özbaşınalıq,
quldurluq və hökmranlıq əməlləri ilə barışa bilməyib, buna öz mənfi
münasibətini bildirərək, müəyyən azğınlıqlar, qanunsuzluqlar barədə açıq
danışmağa başlamışdı. Bununla da o, həmin institutda işləyən Heydərv Əliyevin
qardaşı Aqiı Əliyevin qəzəbinə tuş gəlmişdi. Bəs onu necə susdurmalı? Yenə
məlum ssenari ilə imzasız məktublar yazıldı. Yoxlamalar oldu. Bir şey çıxmadı.
Yenə imzasız məktublar, yenə yoxlamalar və s. Xalq Nəzarəti Komitəsinin
rəhbərliyi işini-gücünü atıb, yalnız M.Abdullayevin həyat və fəaliyyətilə
məşğul olub, onu alçaltmağa, ləkələməyə və gözdən salmağa imkan verən faktlar
axtarırdı. Tapıldı! M.Abdullayevin anatomların beynəlxalq, ümumittifaq
müşavirələrində, simpoziumlarında, konqreslərində, guya qohumbazlıq sayəsində
iştirak etdiyi iddia olunurdu.

Heydər Əliyev vəzifədən gedir, professor bəraət alır

1979-cu il iyulun 31-də respublika qəzetlərində
“Azərinform”un bomba kimi partlayan materialı dərc olundu. Orada
yazılmışdı: “N.Nərimanov adına Azərbaycan Tibb Institutunun ilk
partiya təşkilatlarında eyni, həm də qeyri-adi məsələyə həsr olunmuş
yığıncaqları keçirilmişdir. Kommunistlər həkim və müəllim kimi ən pak adları
ləkələmiş şəxsin öz vəzifəsindən sui-istifadə etməsi, nalayiq hərəkətləri haqqında
məsələ müzakirə etmişlər. Bu şəxs birinci normal anatomiya kafedrasının müdiri,
professor M.Abdullayevdir. Nəsimi Rayon Partiya Komitəsinin bürosu onu Sov.IKP
sıralarından xaric etmişdir”. 
Eyni zamanda, M.Abdullayevi işdən də
azad etdilər.

Uzun illər mənəvi əziyyətlər çəkib, repressiyalara məruz qalmış professor
1987-ci ildə Heydər Əliyev vəzifədən getdikdən sonra dərhal partiya sıralarına
bərpa olunur. 1988-ci ilin yayında isə yenidən institutun anatomiya
kafedrasının professoru seçilmişdir. Diqqət yetirin: bərpa olunmuşdur,
seçilmişdir.

Brejnevin kürəkəni qonağı
olur, işdən çıxarılıb 8 il cəza alan DİN müavini

Azərbaycan SSR Daxili
Işlər Nazirinin müavini Telman Əliyev də Heydər Əliyev qısqanclığının qurbanlarından
biri olmuşdur. Respublika daxili işlər nazirinin müavini Telman Əliyevin
L.I.Brejnevin kürəkəni Yuri Çurbanovla dostluğu barədə respublika ictimaiyyəti
məlumatlı idi. Y.Çurbanov arvadı ilə Bakıya T.Əliyevə qonaq gəlir. Bir neçə gün
sonra L.I.Brejnev Heydər Əliyevə telefon edib soruşur ki, nə üçün qızı Qalina
və kürəkəni Yuri bu qədər geçikir. Moskvaya qayıtmırlar? Heydər Əliyev xəbərsiz
olduğunu deyir və soruşur ki, məgər onlar Bakıdadır? L.I.Brejnev onların
T.Əliyevin bağında olduğunu deyir. Heydər Əliyev T.Əliyevə telefon edib,
soruşur ki, nə üçün belə böyük qonaqların respublikada olduğunu ona
bildirməyib? T.Əliyev də cavab verir ki, məsləhət bilmədim. T.Əliyevin cavabı
Heydər Əliyevi hirsləndirir. Qonaqlar gedəndən sonra Heydər Əliyev DIN-ə böyük
bir komissiya göndərir. T.Əliyevin tabeliyində olan kadrlar məsələsi
yoxlanılır. “Nöqsanlar” tapılır. O, işdən çıxarılıb, partiyadan xaric edilir.
Barəsində vəzifə səlahiyyətindən sui-istifadə adı altında cinayət işi
qaldırılıb, 8 il azadlıqdan məhrum edilir. Azadlığa çıxandan sonra isə
Moskvadakı mənzilində telefon şunuru ilə boğulmuş vəziyyətdə tapılır.
Cinayətkar isə tapılmır.

Heydər Əliyev Brejnevə rüşvəti necə verir?

Heydər Əliyev
respublikaya rəhbərlik etdiyi dövrdə Moskvada məsul vəzifələrdə olan şəxslərə
müxtəlif formalarda hörmət etməyə, onlara bahalı hədiyyələr verməklə həmin
şəxslərin etimadını qazanmağa çalışırdı. Bu hərəkətləri ilə o həmin şəxslərin
yanında hörmətli və əvəzedilməz səxavətli adam təəssüratı yaradır, digər tərəfdən
isə Azərbaycanda hakimiyyətini möhkəmləndirmək və repressiya siyasətini davam
etdirirdi.

Haşiyə; Hazırki hakimiyyət də ölkədə baş alıb gedən
haqsızlıqlara, qanunsuzluqlara, seçki saxtakarlığına, həbsxanaların dinc,
günahsız insanlarla doldurulmasına xarici müşahidəçilərin, Avropa
Parlamentarilərin göz yumması üçün eyni metodlardan istifadə edir. Onlara
bahalı hədiyyələr, bəxşeyişlər, rüşvət, kürü və s. verir. Eynən Heydər Əliyevin
1970- ci illərdə Sov. İKP MK rəhbərlərinə verdiyi bahalı hədiyyələr və rüşvətlər
kimi…

Sov.IKP MK Baş
katibi L.I.Brejnevin Bakıya gəlişi ilə əlaqədar Heydər Əliyev Bakı Zərgərlik
zavodunun direktoru Tofiq Əhmədova L.I.Brejnevin özünə və ailə üzvlərinə
hədiyyə (rüşvət) verməyə qiyməti milyonlarla ölçülən tüfəng, qılınc, tapança və
digər brilyant daş-qaşlarla bəzədilən zinət əşyaları sifariş verir. Qiyməti
milyonlarla ölçülən bu hədiyyələri (rüşvəti) Heydər Əliyev L.I.Brejnevə verib,
onu Moskvaya yola salandan sonra zərgərlik zavodunun direktoru T.Əhmədovu
məcbur edir ki, bu əntiq şeylərin dəyərini özün ödəməlisən. Necə, hansı
vəsaitlə, onu maraqlandırmır. Çox keçmədi ki, heç vaxt ürəyindən şikayət etməyən
Tofiq Əhmqədov infarkt keçirir və dünyasını dəyişir.

“Pripiska”- nı ifşa edir vəzifəsini və azadlığını
itirir

O dövrdə şan-şöhrət
xatirinə rəqəmlərin şişirdilməsi və “pripiska” ilə razılaşmayanlar da tezliklə
vəzifələrindən uzaqlaşdırılıb, ləkələnirdilər. Belələrinə misal olaraq, Pambıq
Tədarükü və Ilkin Emalı Sənayesi Birliyinin rəis müavini Heybət Qədirovu
göstərmək olar. 20 aprel 1977-ci ildə respublika fəallarının yığıncağında
Heydər Əliyev çıxışında H.Qədirovu “qüvvədə olan qanun və normalara
etinasızlıq” göstərmək, vəzifəsindən sui-istifadə edərək “315 kvm-lik sahəsi
olan yaşayış evi tikdirmək üstündə qəzəblə tənqid etmişdi. Bu “cinayətin”
üstünü Xalq Nəzxarəti Komitəsi açmışdı. H.Qədirov vəzifəsindən azad edildi. Iki
ay sonra isə Kürdəmir Rayon Xalq Məhkəməsi H.Qədirovun evini müsadirə etmək
haqqında hökm verdi. On bir il sonra məlum olmuşdur ki, H.Qədirov heç bir ev
tikdirməyib, ancaq 70 kvm-lik dədə-baba evini təmir etdirmiş və 3.500 manatlıq
işi qanuni yolla gördürməsi barədə sənədləri yerli-yerindədir. Bəs onda nə
olmuşdu ki, H.Qədirov birdən-birə Heydər Əliyevin qəzəbinə tuş gəlib,
lənətlənmişdi? Qədirov qəbahət edib hansı “qüvvədə olan qanun və normaları”
pozmuşdu? Bu sualın cavabı sonradan məlum oldu: H.Qədirov “tanrının” üzünə ağ
olub, pambıq tədarükü işindəki əmtəəsiz əməliyyatların üstünü açmaq istəyirmiş.
Əlbəttə, o vaxt kimin hünəri idi ki, respublikanı zirvəli, albayraqlı edən
əzəmətli yalanların üstünü açsın? Bu cəsarət “vəzifədən sui-istifadə” kimi
qiymətləndirilirdi.

20 yaşlı Ramazanova necə “cinayətkar” olur?

Dövlətə ucuz
işçi qüvvəsi vermək üçün CM-nin 167-ci maddəsinə əsasən damğalananların
sayı-hesabı yox idi. Ağına-bozuna, qadınlığına-kişiliyinə baxmadan hər hansı
bir humanistlik göstərən adam da bu maddə ilə damğalanırdı. Məsələn, 1983-cü
ildə Xaçmaz Rayon Xalq Məhkəməsi Ləcət qəsəbə Sovetinin katibi 20 yaşlı
Q.Ramazanovanı cinayətkar hesab etmişdir. Onun yeganə təqsiri bu idi ki, gəlin köçəcək
qızın 18 yaşının olmasına cəmi bir ay qalmış nigahını qeydə almaqla,
guya vəzifə xətası törətmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4691

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930