Nazirə iki viran qalan xəstəxanadan – Fakt

18.12.2018 - 11:52

“Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.

“AzPolitika.info”nun məlumatına görə, tanınmış təhsil eksperti Etibar Əliyev Bakının 2 səhiyyə ocağındakı acınacaqlı vəziyyətdən bəhs edən “Facebook” statusunda belə yazır.

E.Əliyevin actual və düşündürücü statusunu təqdim edirik: “Yanaşı dayanan iki xəstəxana: 5 saylı şəhər Klinik Xəstəxanası və C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya İnstitutu. Birinciyə uzun illər Bəxtiyar Vahabzadənin kürəkəni Ziya Əsədov, ikinciyə isə uzun illər Adil Baxşəliyev rəhbərlik edib. Hər iki tibb müəssisəsi viran qoyulub. Nikolay dövrünün liftləri və reanimasiya şöbələri, sökülüb-tökülən xəstəxana divarları, sınıq-salxaq çarpayılar insanı dəhşətə gətirir: ölüm haqqında düşünürsən. Belə yerlərdə xəstənin sağalma ehtimalı barədə danışmaq adsurddur. Ələbaxan həkimlər və tibb bacıları bu viran qoyulmuş xəstəxanaların insan amilidir. Dedilər ki, hər ikisinin rəhbəri dəyişib. Dəyişən rəhbərin “islahata” nədən başlaması təəccüblüdür. Xəstə üçün kasıb, yaxud varlı klinikanın olması vacib deyil, onu sağaltmaq lazımdır. Bu cür xəstaxanalarda neçə illərdir ki, baş verən ölüm halları biganə insan statistikası kimi qiymətləndirilməlidir.

P.S. Xəstələnməyin. Bahalı klinikalarda kasıb xəstənin üzünə baxan yoxdur, kasıb xəstəxanalarda isə şərait. Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125638

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930