Gimnastımız Mina Abbasova bir gündə 3 medal qazanıb

10.03.2020 - 11:32

Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə “Bahar kuboku-2020” beynəlxalq turniri keçirilir.

Ev sahibi Macarıstanla yanaşı, Rusiya, Avstriya, Xorvatiya, Almaniya, Slovakiya, Kipr, Ukrayna, Sloveniya idmançılarının iştirak etdikləri yarışda Azərbaycanı bir çox beynəlxalq gimnastika turnirlərinin qalibi olmuş balaca gimnastımız Mina Abbasova təmsil edib. Müxtəlif yaş kateqoriyalarından olan 200-dən artıq gimnastın çıxış etdiyi yarışa Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dəstəyi ilə qatılan Mina 2010-cu il təvəllüdlü gimnastlar arasında bu dəfə də öz möhtəşəm çıxışları ilə həmyaşıdlarından fərqlənməyi bacarib və turnirin favoritinə çevrilib. Balaca gimnastımız alətsiz hərəkətlərdə birinci, halqa ilə hərəkətlərdə ikinci yeri qazanaraq, ümumilikdə turniri 2 qızıl, 1 gümüş medalla başa vurub.

Qeyd edək ki, Mina Abbasova indiyə qədər dünyanın müxtəlif ölkələrində 42 medal (17 qızıl, 21 gümüş, 4 bürünc) qazanıb.

Pərvanə Qarayeva

AZƏRTAC

 

Short URL: http://www.cumhuriyyet.net/?p=143759

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31