Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salındı

16.07.2020 - 14:59

2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçirilməsi planlaşdırılan Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salınıb.

“Report” Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, Seneqal və IOC yarışın 2026-cı ildə keçirilməsinə dair razılığa gəliblər.

Turnirin vaxtının dəyişdirilməsinin başlıca səbəbi Toki-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasıdır.

Belədə iki yarış arasında az vaxt qalır ki, bu da pandemiyanın yaratdığı böhran vəziyyətində IOC, Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalar üçün əlavə maliyyə vəsaiti tələb edir.

Qeyd edək ki, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilib. Azərbaycan idmançıları yarışda 7 medal qazanıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=150134

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31