Məktəb yarmarkaları açılacaqmı? – AÇIQLAMA

01.09.2020 - 11:51

“Məktəb yarmarkalarının açılması ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentinə çoxsaylı müraciətlər daxil olub. Bu məsələ bizi də narahat edir”.

Musavat.com xəbər verir ki, bunu Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov bildirib. Onun sözlərinə görə, Departamentdə məktəb yarmarkalarının açılması ilə bağlı məsələ müzakirə edilir: “Bununla bağlı məsələ qaldırmışıq. Məktəblərin açılmasına az vaxt qalıb, valideynlər də bizə çox müraciət edirlər. Amma bu qaydalar çərçivəsində olmalıdır, bununla bağlı Nazirlər Kabunetinin qərarı olmalıdır”.

Qeyd edək ki, hər il tədris ili ərəfəsində Bakıda məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları təşkil olunurdu. Ötən il də yarmarka çadırları Bakı metropolitenin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə fəaliyyət göstərib.

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153358

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930