Belə fürsət hər gün olmur…

06.10.2020 - 10:14

Hələ bir neçə il bundan əvvəl keçmiş xarici işlər naziri Elmar Məmmədyarov dünya birliyinin və üç həmsədrin diqqətini danışıqlar prosesinin substantivliyinin, yəni nəticəliyinin vacibliyinə yönəltməyə çalışarkən biz hiss etdik ki, diplomatiyamız, eləcə də bütün Qarabağ siyasətimiz üçün yeni dövr yaxınlaşır, o səbəbdən ki, diplomatlar tələb və şərt dilində o vaxt danışmağa başlayırlar ki, öz arxalarında ölkələrinin siyasi, hərbi və iqtisadi gücünü duyur və hiss edilər.

Amma biz hələ onda qeyd etmişdik ki, çox təəssüf, danışıqlar, elə-belə, özü-özlüyündə və hətta hansısa diplomatın, xarici işlər nazirinin belə elan etməsilə substantiv olmur, bunun üçün lazımdır ki, düşmən də gücü öz üzərində hiss etsin.

Siyasi və ya iqtisadi planda Azərbaycan artıq bir neçə ildir ki, Ermənistana qarşı davamlı təcrid siyasəti həyata keçirir. Qeyd edək ki, Azərbaycanın bu səmtdə apardığı siyasətə qardaş Türkiyə də böyük dəstək verir.

Eyni sözləri bilavasitə diplomatik sfera ilə bağlı da demək olardı. Məsələn, qardaş Pakistan hələ də Ermənistanla diplomatik münasibətlər qurmayıb və səbəbi Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətdir.

Və yaxud da belə bir faktı qeyd edək ki, bu günlərdə Ermənistan İsraildəki səfirini də geri çağırdı və burada da əsas səbəb Qüdslə Bakı arasında hökm sürən çox sıx əlaqələr, xüsusən də ki, Yerusəlimlə Bakı arasında mövcud olan intensiv hərbi-texniki əməkdaşlıqdır.

Amma təəssüf ki, hətta bütün bunlar da Dağlıq Qarabağ hərbi-siyasi teatrında sülhə gətirib çıxarmadı. İrəvan özünün destruktiv siyasətini davam etdirməkdə idi. Odur, heç də təəccüblü deyil ki, bütün bunların nəticəsi Azərbaycanla Ermənistan arasında geniş miqyaslı hərbi əməliyyatların başlaması oldu.

Artıq bir neçə gündür ki, gərgin döyüşlər gedir. Azərbaycanlılar üçün bu, ilk növbədə Vətən müharibəsidir və bunu biz düz otuz il gözləməli olmuşuq. Amma siyasi təhlilçilər, hərbi ekspertlər üçün bu müharibənin başqa tərəfləri də var: bu əməliyyatlar həm də düşməni sülhə məcburetmə tədbirləridir. Çünki Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarını bizim ərazilərimizdən çıxararsa və danışıqlara razılıq verərsə, müharibə dərhal dayanar.

Amma Ermənistan heç vaxt bu çağırışlara məhəl qoymayıb və Azərbaycanın dinc və konstruktiv bəyanatlarını rədd edibdir, onun  şəhərlərini və kəndlərini atəşə tutmaqda davam edir və xüsusən də dinc əhalinin məskunlaşdığı əraziləri atəşə tutur.

Kədərlidir ki, tək Ermənistan yox, elə onun yaxın və uzaq qonşuları da belə bir detalı unudur ki, hətta müharibələrin də öz qaydaları var, hətta müharibələr də “qaydasız döyüş” deyillər – Haaqa və Cenevrə konvensiyaları var, hansılar ki, hərbi əməliyyatların aparılmasını, mülki əhali ilə davranış qaydalarını reqlamentləşdirir.

Biz yüz faiz əminik ki, indiki döyüşlər Azərbaycan ordusunun tam qələbəsilə bitəcək, bizim işğal olunmuş torpaqlarımız da nəhayət ki, azad olunacaq. Amma bir məsələni bilmirik: Dünya birliyi erməni hərbi canilərinin əməllərinə hüquqi və siyasi qiymət verəcəkmi? Məlumdur ki, məşhur Nürenberq məhkəməsindən sonra başqa beynəlxalq tribunallar da olmuşdu.

Məsələn, onlardan biri də Yuqoslaviya tribunalı oldu. Eyni bir qərarı erməni caniləri haqda da vermək olardı və hətta lazımdır, çünki bu cinayətlərin izi bir əsr bundan əvvələ gedir, bu əsl bir əsrlik cinayətdir.

Hələliksə biz azərbaycanlılar bir məsələni unutmamalıyıq: nəyin bahasına olursa-olsun bu müharibədə qalib olmalıyıq, hansı ki artıq İkinci Qarabağ və Vətən müharibəsi adını alıbdır. Bir məşhur sovet nəğməsi vardı və orada təxminən belə deyilirdi: “Hamımızın payına tək bir qələbə düşür və biz onun üçün hər şeydən keçəcəyik!”.

Bunun üçün bizim hər resursumuz var və hərbi, iqtisadi və demoqrafik resurslarımız düşməninki ilə heç müqayisəyə də gəlmir.

Diplomatik müstəvidə hər şey qaydasındadır: Fransa kimi xain ermənipərəst ölkələrin bəyanatlarını nəzərə almasaq, demək olar ki, bütün dövlətlər və təşkilatlar bizim hərbi əməliyyatlara anlaşıqla yanaşır və ölçülüb-biçilmiş bəyanatlar verirlər.

Bəli, onlar formal olaraq bizi sülhə çağıracaq və hətta hərbi əməliyyatları dayandırmağa səsləyəcəklər – bu adi diplomatik ritorika və qaydadır. Biz isə bir şeyi unutmamalıyıq: nəhayət ki, Dağlıq Qarabağ hərbi-siyasi teatrındakı mövcud status-kvonu dəyişmək üçün bizim real şansımız yaranıbdır. İnanın, belə şans hər gün olmur…

Short URL: http://www.cumhuriyyet.net/?p=155469

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31