“Düşmənin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur” – General Ağamir Sultanov

09.02.2021 - 11:43

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov Vətən Müharibəsi zamanı artilleriya bölmələrinin döyüşü haqda danışıb.

Musavat.com Trend-ə istinadən verdiyi xəbərə görə, A.Sultanov jurnalistlərə açıqlamasında bildirib ki, Vətən müharibəsində düşməni böyük itkiyə məruz qoyaraq qələbə qazanan Azərbaycan Ordusunun artilleriya bölmələri döyüşün ilk günü kütləvi atəş zərbələri ilə düşmənin 500-ə qədər hədəfini məhv edib: “Vətən müharibəsi dövründə təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya qüvvələri məhv edilib. Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ meşə-yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin edib.

Əməliyyat, taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozulub və məğlub olublar.

Düşmənin 30 il ərzində qurduğu müdafiə sistemini ordumuz dəqiq atəşlə məhv edib. Onu da qeyd etməliyik ki, düşmən tərəfinin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930