Simonyan və Sobçaka qarşı sui-qəsdi Ukrayna SBU planlaşdırıb? – 16 yaşlı qızın adı çəkilir

05.08.2023 - 15:27

Kremlyönlü RT telekanalının baş redaktoru Marqarita Simonyana və “Caution Media” layihəsinin təsisçisi Kseniya Sobçaka qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı işdə 16 yaşlı Anastasiya adlı qız ittiham olunur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti istintaq materiallarına istinadən məlumat yayıb.

Anastasiya barəsində həbs-qətimkan tədbiri seçilməyib. Çox güman ki, o, bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq işində şahid qismində dindiriləcək.

Cinayət işində 8 nəfərin adı var. Müstəntiqlər onların “Paraqraf 88” neonasist qruplaşmasının üzvü olduqlarını və miqrantları döydüklərini iddia edirlər. Eyni zamanda, Simonyan və Sobçaka qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin həbsi ilə bağlı məhkəmə qərarından bəhs edilmir.

“Kommersant” yazır ki, miqrantların döyülməsi işi üzrə ittiham olunan müttəhimlər azyaşlı qızın rəfiqələrindən istifadə edərək qurbanları kimsəsiz yerlərə apararaq döyüblər. Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Rusiya xüsusi xidmət orqanlarının da diqqətini çəkdiyi iddia edilən videonu teleqramda yayıblar. Eyni zamanda, Rusiya tərəfinin məlumatına görə, SBU qrupa Simonyan və Sobçaka qarşı sui-qəsd hazırlamağı tapşırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=194210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31