Saatlıda İlham Əliyevi necə aldadıblar?
Dövlət başçısına Avropa standartlı, mebelli kimi
təqdim olunan evin müəmmalə aqibəti
Bildiyimiz
kimi 2010-cu ilin yaz aylarında Kür-Araz
çaylarının daşması və “Sarı su” gölün bəndinin uçması nəticəsində Sabirabad və
Saatlı rayonunun kəndləri su altında qaldı. Kənd
sakinlərinin onilliklərlə qurub yaratdıqları təsərrüfatları, bağ-bağatları
eləcə də daşınmaz əmlaklarını su məhv etdi. Subasar kəndlərin sakinləri,
çətinliklərə sinə gərərək müvəqqəti olsadaçətinliklərə dözməli oldular. Kimlərsə dünyasın dəyişdi,kimlərsə
psixoloji sarsıntı keçirdi , kimlərsə səhhətlərində problem yaşamaqla xəstəlik
tapdı. Hökümət su basar bölgənin insanlarına dəymiş ziyana görə ,ailə sayına
uyğun ev tikməklə problemi qismən aradan
qaldırsada, bölgələrdə hələ də problemlər,fəsadlar qalmaqdadır. Ən təhlükəli
isə həmin insanlar arasında Ağ ciyər xəstəliyinə tutulanlardır ki,həmin ailələr
xəstəliyi gizlin saxlayırlar.
Qazın olmaması ilə yanaşı bölgədə
elektirik enerjisinidə sutkada 12 saatdan artıq verməyirlər. Verilən
enejinin gücü 150 Kv-dan artıq deyil.
Fənər işığının gücü enejinin işığından güclüdür. Çəkilən elektirik dirəkləri və
xətləri isə sovet dövrünün yadıgarıdırlar. Onu da qeyd etməliyəm ki, subasar
kəndlər arasında Saatlı rayonunun Novruzlu kəndindən başqa bütün kəndlərdə yeni tikilən evlər sakinlərin
öz həyətlərində tikildi. Novruzlu kəndinin sakinləri üçün isə, Saatlı rayonunun
Yeni Novruzlu kəndinin ərazsində bütün sosial obyektləri olmaqla, 2010-cu ilin
sonuna kimi qəsəbə halında 178 ailə üçün tikdilər. 2010-cu il noyabrın 1-də dövlət başçısı
tərəfinrdən həmin qəsəbənində açılışı
oldu. Dövlət başçısı o evin açılışında iştirak etdi ki, o ev Avropa üsulu ilə, ev avadanlıqları
yığılmışdı. Lakin dövlət başçısı qəsəbəni tərk etməmiş həmin lüks evin işıqlandırmaq üçün elektirik lampasına qədər
yük maşınlarına yığıb apardılar. Hələ də qəsəbə sakinləri bir sual maraqlanrdırır ki, görəsən tikilən
evlərə ,dövlət başçısı açılış etdiyi evdə olan avadanlıqlar bütün evlərdə olmalıydı, yoxsa həmin
avadanlıqlar dövlət başçısına görüntü olaraq qoyulmuşdur?
2010-cu ildən qəsəbə sakinləri qış aylarından ölməmək üçün
Qaz həsrətilə yaşayıb gözləyirlər ki, hökümətimiz nə vaxt insafa gələcək.
Yadıma gəlir ki, 2010-cu ilinəvvəllərində ARDNŞ-nin prezidenti R.Abdullayev müsahibələrinin birində
bildirmişdir ki, 2011-ci ilin sonuna qədər Azərbaycanın kəndləri də
qazlaşdırılacaq. Bu proqnoz özün doğrultmadı. Cənab R.Abdullayev növbəti
mühasibələrində isə “müəyyən çətinlikləri” olduğunu əsas gətirib , 2013-cü ilin
sonuna qədər Azərbaycanın ən ucqar kəndlərinə qədər qazlaşdırılacağını vəd
verdi. Lakin necə deyərlər “göz gördüyün çağırar” 2013-cü il yekunlaşsada cənab
R.Abdullayev verdiyi vədi yerinə yetirə bilmədi. Necə deyərlər XALQI aldatdı.
Bəli Novruzlu kənd sakinləri üçün tikilimş qəsəbəyə bu ilin sentyabr
ayının əvvəllərində qaz çəkmək üçün işlər başladı. İşin sürətlə getməsi belə
görüntü yaratdı ki, 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident
seçkilərinə qədər qaz çəkilişi yekunlaşıb istifadəyə veriləcək. Lakin qəsəbə
sakinlərinin arzuları gözlərində qaldı. Aidiyyatı qurumlar isə “gələn ay olacaq”
deməklə işlərini bitmiş hesab edirlər.
Zaur
İmranlı
Short URL: http://www.cumhuriyyet.net/?p=3109