Yer adamları Marsa köçür

03.01.2014 - 01:05
107 dövlətdən 200 min nəfər Marsda məskunlaşmaq arzusunda olduğunu bildirib

 
Başqa planetlərdə məskunlaşma layihələrindən biri reallaşmaq üzrədir. Xarici medianın verdiyi məlumata görə Mars
One layihəsinin birinci seçim mərhələsində1000 nəfərdən artıq şəxs
müsabiqədən keçib. Onlar Marsa geri qayıtmayan ekspedisiyanın tərkibinə
daxil olacaqlar. Marsı ilk məskunlaşma siyasəti
güdən Mars One layihəsinin təşkilatçıları 1058 namizəd seçiblər. Bu
namuzədlərin çoxu – 297 nəfəri ABŞ vətəndaşlarıdır. İkinci yerdə Kanada
nümayəndələri tutur – 75 nəfər, sonra Hindistan vətəndaşları 62 nəfər və
rusiyalılar 52 nəfər. 
Hazırda 2 – ci tur
başlayır, hansı ki, bu turda seçilmiş namizədlərin fiziki hazırlıqları
və psixi durumları yoxlanacaq ki, bu da Qırmızı planetə geridönməyən
uçuş üçün çox mühüm amildir. 107 dövlətdən 200 min nəfər Marsda məskunlaşmaq arzusunda olduğunu bildirib.
Xatırladaq ki, Marsda məskunlaşma qərarı barədə layihə hollandiyalı biznesmen Bas Lansdorpa məxsusdur. İlk könüllülərin uçuşu 2023-cü ilə planlaşdırılır. Geriyə bilet nəzərdə tutulmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=3110

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031