Vətəndaş Cəmiyyətinə qarşı elan olunmamış müharibə

03.01.2014 - 02:06

Qanunvericiliyə
edilən dəyişikliklər müstəqil QHT-lərin fəaliyyəti üçün olan həlqələri daha da
daraldır

 

Ötən həftə Azərbaycan vətəndaş cəmiyyətinin onlarla
fəalı Parlamentin QHT-lər haqqında qanunvericiliyə qəbul etdiyi düzəlişlərə
etirazlarını bildirmək üçün Prezident Administrasiyası binasının qarşısına
gəlib. Onlar hesab edirlər ki, düzəlişlər məhdudlaşdırıcı xarakter daşıyır və
QHT-lərin fəaliyyət şərtlərini pisləşdirir. Etirazçıların 5 nümayəndəsi
Prezident Administrasiyasında qəbul edilib və vətəndaş cəmiyyətinin etiraz
bəyanatını təqdim edib. QHT təmsilçilərinə düzəliş təşəbbüsünün Prezident
Administrasiyası tərəfindən verilmədiyini bidirilib. Bununla belə, qeyd edilib
ki, sənəd artıq imzalanması üçün prezidentə təqdim edilib.

Xatırladaq
ki, dekabrın 17-də Milli Məclis “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında”, “Qrantlar haqqında” qanunlara, habelə İnzibati Xətalar Məcəlləsinə 8
əlavə və 50-yə yaxın dəyişiklik edib. 7 əlavə cərimələrin ölçüsünün
artırılması, bir əlavə isə QHT-lərin fəaliyyətinin bir il müddətinə
dayandırılması ilə bağlıdır. Düzəlişlər QHT-ləri qəsdən yol verilməmiş səhvlərə
görə məhkəmə təqibi riskinə məruz qoyur. Əlavələrə əsasən, hüquqi şəxs üçün
ayrı-ayrı hüquqpozmalara görə cərimələr maksimum 8 min manat, fiziki şəxslər
üçün 3 min manat təşkil edir.

Bu dəyişkiliyin qəbul edilməsi müvafiq icra
orqanlarının təsiri imkanlarının artırılmasına və QHT-lərin asılılığına,
sərbəst fəaliyyətinin məhdudlaşdırmasına və müstəqil QHT-lərin fəaliyyətinin
dayandırılmasına gətirib çıxara bilər. Digər tərəfdən yeni maddələr və ona
adekvat olmayan cərmələrin tətbiq olunması qanunun siaysi sifariş olmasından
xəbər verir. Qanunda göstərilən bəzi maddələrin redaksiyası qanunun digər
maddələri və beynəlxalq hüquqi normativ sənədlərlə ziddiyyət təşkil edir və tam
siyasi xarakter daşıyır. Məsələn, qanunun 10.5-ci maddəsinə görə, Qeyri-Hökumət
Təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının
pozulmasına və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin
yaradılmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə
təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə
tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu və
birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradıldığı müəyyən
edildikdə təşkilatın üzvlərinin iddia ərizəsi əsasında qeyri-hökumət
təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində
nəzərdə tutulmuş müddətə dayandırıla bilər.” Hər kəs bilir ki, QHT-lər
qanunla kolegial idarə olunan qurumdur. Bu maddəni şərh etsək görərik ki, 100
üzvüdən biri QHT-nin qeydiyyatının ləğvini istəsə təşkilat baglana bilər. Bu da
digər 99 nəfər üzvün birləşmək hüququnun pozulmasıdir.

Ümumiyyətlə son dövrlər Azərbaycanda Qeyri-Hökumət
Təşkilatlarının fəaliyyətinə əngəllər artmaqdadır. Qanunvericiliyə edilən
dəyişikliklər müstəqil QHT-lərin fəaliyyəti üçün olan həlqələri daha da
daraldır. Qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı, vətəndaş cəmiyyəti
institutlarının təmsilçilərinin həbsi bu sahədə vəziyyətin getdikcə daha da
gərginləşəcəyindən xəbər verir. Anar Məmmədlinin həbsi və qanunvericiliyə
edilən əlavə və dəyişkliklər ciddi narahatlıq yaradır. Anar Məmmədli beynəlxalq
səviyyədə tanınmiş Azərbaycan vətəndaş cəmiyyətinin üzvüdür. Digər tərəfdən
QHT-lərlə bağlı qanunlara olunan mürtəce dəyişikliklər “siyasi qərardır”. Lakin
bu siyasi qərarın verilməsi həm hüquqi baxımından, həm də beynəlxalq əhəmiyyəti
baxımından ən çox hakimiyyət üçün təhlükəlidir. Seçkidən sonra siyasi
proseslərin səngidiyi bir məqamda hakmiyyətin bu cür ziddiyyətli siyasi
qərarlarının səbəbi başadüşülən deyil. Hökumət bir tərəfdən bu qərarlarla
təzyiqləri artırmaq istəyir, digər tərəfdən də ictimai narazlıq və beynəlxalq
narazılığa yol açırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=3114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930