DAK-ın bəyanatı: “İran adlanan yerdə insan haqları və soydaşlarımızın milli hüquqları bərqərar olmayınca DAK-ın mübarizəsi dayanmayacaq”

01.11.2022 - 14:59

Bir aydan artıqdır ki, İranın bütün bölgə və şəhərlərini kütləvi etiraz aksiyaları bürümüşdür. Bu aksiyalarla İran cəmiyyətinin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar keçirdiyini bir daha dünyaya göstərmiş oldu. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI əsrdə demokratik prinsiplər heç bir dövlətin daxili işi sayıla bilməz. İranda milyonlarla Azərbaycan türkünün, soydaşımızın yaşaması isə bizdən bu ərazidə baş verənlərə xüsus həssasıqla yanaşmağı tələb edir. Həm soydaşlarımızın taleyindən narahatlılıq, həm də qonşu dövləti olaraq biz İranda daxili problemlərin demokratik islahatlar, insan haqları və milli dəyərlərə sayğı çərçivəsində həllinin tərəfdarıyıq. Son etirazlar bir daha təsdiqlədi ki, İran dövlətinin və hökümətinin dərin islahatlara ehtiyacı var. Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların rejimin tətbiq etdiyi üsul-idarə ilə barışmayacağını göstərir. İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir.
Dünya Azərbaycanlıları Konqresi bütün bunlarla bağlı dəfələrlə öz mövqeyini bildirmiş, Azərbaycandakı İran səfirliyinin önündə aksiyalar keçirmiş, müxtəlif beynəlxalq təşkilatlarda görüşlərimizdə İran İslam Cumhuriyyətinin Güney Azərbaycanda apardığı assimilyasiya siyasətini göstərən faktları diqqətə çatdırmışıq. dir. Biz, DAK olaraq İran hökumətinin etiraz edən vətəndaşlara qarşı başlatdığı təzyiq və təqib siyasətinə son qoymağı, iğtişaşlar zamanı həbs edilənlərin təcili azadlığa buraxılmasını, son hadisələr zamanı dinc vətəndaşlara zorakılıq tətbiq edənlər, atəş açanların cəzalandırılmasını və soydaşlarımızın haqlı tələblərinə, insan hüquq və azadlıqlarına İran hakimiyyətinin əməl etməsini tələb edirik. İran rejimi illərlə Azərbaycan türklərinin, eləcə də burda yaşayan digər millətlərin bu ölkənin konstitusiyasının 15, 19 və 20-ci maddələri ilə təsbit olunmuş haqlarını tanımalıdır. İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir.
İran hakimiyyəti Azərbaycan türklərini bütün hüquqlardan məhrum edib, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alıb. İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və bundan irəli gələn sərt addımlar atılır. Ermənilər isə İranda bütün imkanlardan istifadə edirlər, öz dillərində mediaları fəaliyyət göstərir, ana dilində təhsil alırlar. Dövlətimiz və xalqımızla əlaqədar yanlış və təxribat xarakterli informasiyalar davamlı olaraq İran adlanan yerin mediasında yayılır. Dünya Azərbaycanlıları Konqresi olaraq İranın yürütdüyü və məqsədinə uyğun olaraq fars mediasını da alət etdiyi irtica siyasətinə etiraz edir. Öz daxili problemlərindən ayıbına kor olmayan molla rejiminin bu günlər Azərbaycana qarşı bədxah siyasəti açıq müstəviyə keçib. Son günlər Azərbaycan Respublikasının daxili və xarici siyasətiylə bağlı səsləndirilən yalnış və qərəzli məlumatlar, məsuliyyətsiz iftiralar beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycan Respublikasının suverenliyinə qarşı yönəlib. İran adlanan yerin ayrı-ayrı dövlət nümayəndələri və rəsmi informasiya agentlikləri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, ölkəmizin daxili işlərinə qarışır, tələb və təhdidlərlə çıxış edir. DAK İran İslam Cumhuriyyətinin kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasının əleyhinə fəaliyyətini qəti şəkildə pisləyir, eyni zamanda fars şovinist rejiminə xidmət edən məmurlardan məsuliyyətsiz və qərəzli açıqlamalara son qoymağı tələb edir. DAK dünya ictimaiyyətinin İran adlanan yerdə baş verənlərə biganə qalmamağa, milyonlarla insanın öz siyasi, milli və sosial haqları uğrunda mübarizəyə dəstək verməyə çağırır.

Ötən illər ərzində fars-molla rejimi və digər anti-Azərbaycan qüvvələrin birbaşa sifarişi və himayəsi ilə Dünya Azərbaycanlıları Konqresinə qarşı aparılan təxribatçı və bölücü əməllərin puça çıxdığını bəyan edərək bildirir ki, İran adlanan yerdə insan haqları və soydaşlarımızın milli hüquqları bərqərar olmayınca DAK-ın mübarizəsi dayanmayacaq. Bu mübarizədə qələbə bizimlədir. Yaşasın Azərbaycan İstiqlalı!

Dünya Azərbaycanlıları Konqresininin həmsədrləri
Sabir Rüstəmxanlı
Firudin Pərviz Nia

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=184241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031