İngiltərə xarici işlər naziridən Trampa cavab: “Onun açıqlamaları ölkəmə və baş nazirə hörmətsizlikdir”

10.07.2019 - 12:14

İngiltərə xarici işlər naziri Ceremi Hant ABŞ prezidenti Donald Trampın İngiltərəyə və İngiltərənin baş naziri Tereza Meyə “hörmətsizcəsinə” davrandığını bildirib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ceremi Hantın açıqlamaları D.Trampın mediaya sızan yazışmalarının ardınca, onun İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçu “çox axmaq biri” adlandırmasından sonra verilib.

Səfir Darroç mediaya sızan yazışmalarında Ağ Evin bölünmüş quruluşuna diqqət çəkirdi. Yazışmalarda Darroç “bu hakimiyyətin ciddi şəkildə normallaşacağına, funksionallığın azalacağına, daha az qeyri-müəyyən və diplomatik mənada daha az bacarıqsız olacağına çox da inanmırıq” demişdi.

Tramp dünən baş nazir Mey haqqında deyib: “Tereza Meyə Breksit anlaşmasını necə həyata keçirə biləcəyini dedim, amma o, özünün axmaq yolunu seçdi, bacara bilmədi”.

BBC-nin siyasət bölməsinin rəhbəri Laura Kuenssberq isə bildirib ki, söz davası İngiltərə və Amerika arasındakı münasibətlərin “həssaslığını” növbəti dəfə yada salıb.

İngiltərənin ticarət naziri Liam Foksun ABŞ ticarət naziri Vilbur Ross ilə öncədən planlaşdırılan görüşləri çərşənbə axşamı günü ləğv edilib.

Ölkəsində baş nazir postuna namizəd olan Hant Trampın son açıqlamalarına Tvitter vasitəsilə cavab verib: “Dostlar açıq danışır, mən də elə edəcəm. Bu şərhlər ölkəmə və baş nazirimizə hörmətsizlik, haqsızlıqdır. Diplomatlarınız xarici işlər naziri Mayk Pompeoya şəxsi fikirlərini necə təqdim edirlərsə, bizimkilər də elə!”

Hant bu ayın sonunda partiyasının lideri olub, baş nazir olacağı halda səfir Darroçu ilin sonuna, təqaüdə çıxana qədər vəzifəsində saxlayacağını da deyib.

Musavat.com xatırladır ki, Tramp qalmaqala səbəb olan tvitində aşağıdakıları yazıb: “İngiltərənin Amerikaya məcburən yolladığı başı qaçmış səfir üçün bizim də ürəyimiz getmir. Çünki çox axmaq bir adamdır. Səfir Breksit müddətinin nə qədər pis davam etdirildiyi məsələsinə əsəbiləşmək yerinə, baş nazir Mey ilə öz ölkəsi və uğursuz müzakirələri haqqında danışmalıdır. Bu anlaşmanın necə həyata keçiriləcəyini Meyə dedim. Amma o, öz axmaq yolu ilə getdi və buna nail olmadı. Tam bir fəlakətdir. Səfiri tanımıram. Mənə onun özündən razı bir axmaq olduğu deyildi. Ona Amerikanın dünyanın hər yerində ən yaxşı iqtisadiyyat və əsgərlərə sahib olduğunu, hər keçən gün daha da böyüyüb gücləndiyini deyin!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129346

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031