Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO

19.08.2019 - 12:44

Axşam saatlarında Neftçilər prospektində əraziyə nəzarət etdiyini deyən şəxsə parkinq üçün pul ödəyən sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

“AzPolitika”nın məlumatına görə, bu barədə sürücü Zəfər Məmmədov “Xəzər xəbər”ə danışıb. Bakı sakini Zəfər Məmmədov bildirib ki, paytaxtın Neftçilər prospektində avtomobili park etmək üçün ödəniş edib, amma sonradan Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Hadisə zamanı ortaya çıxan daha bir maraqlı fakt isə bundan ibarətdir ki, bulvar boyu axşamlar parkinq məsələsinə danışa bilməyən 5-6 nəfər lal şəxs nəzarət edir. Ərazidə daim fəaliyyət göstərən taksi sürücüləri də bu faktı təsdiqləyir.

Görünən mənzərə budur ki, bulvar boyu qanunsuz parkinqi həyata keçirən şəxslərin hamısının lal olması bunun təsadüf olmadığını göstərir.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Neftçilər prospekti də daxil olmaqla şəhərin bir çox yerlərində küçə parklanmasına görə kimlərinsə pul alıb xidmət göstərməsi tamamilə qanunsuzdur. Bakı Nəqliyyat Agentliyi dəfələrlə bu barədə açıqlama verib. Bir daha sürücülərə bu cür şəxslərə pul verib avtomobillərini park etməmək tövsiyə edilir. Sürücülər hərəkətlərini yol nişanlarının tələbinə uyğun təşkil etməlidirlər. Neftçilər prospektində dayanma və durmanı qadağan edən nişanlar var. Orda kiminsə sözünə etibar edib yol nişanının tələbini pozan sürücülər təbii olaraq inzibati qaydada cərimə olunurlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=132055

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930