Fərəc Quliyevin qələmi qırılıb: oğlu da görəvdən alındı

28.02.2020 - 17:34

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyevin FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsində çalışan oğlu Mətin Quliyevi işdən çıxarması xəbəri doğru deyil.

Bu barədə Mia.az-a partiyadan bildirilib.

Qeyd olunub ki, belə bir əmr olmayıb: “Mətin Quliyev hazırda da vəzifəsinin başındadır”.

FHN-nin mətbuat katibi Gülçin Mehdiyava isə Mia.az-a deyib ki, onda bu barədə məlumat yoxdur: “Mətbuat Xidmətində belə bir məlumat yoxdur. Dəqiqləşdirib, sizə məlumat verərəm”.

                                                                                                  ***

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyevin oğlunu işdən çıxarıb.

K.Heydərovun müvafiq əmri ilə Mətin Fərəc oğlu Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsindən azad edilib/Unikal.org.

Qeyd edək ki, F.Quliyev bu ilin fevralın 9-da keçirilən parlament seçkilərində namizəd olmuşdu. Lakin o, bu dəfə qələbə qazana bilməyib.

Onu da xatırladaq ki, FHN şefi xeyli partiya sədri və onların övladlarına da vəzifə verib. Nazirin bu qərarları hətta zaman-zaman müxalif siyasi düşərgədə ciddi müzakirələrə də səbəb olub.

Mia.azimg

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143249

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930