Astara xəstəxanasında koronavirusa qarşı soğan işə saldılar – VİDEO

28.02.2020 - 18:13

Sosial şəbəkələrdə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin xəstəxanadakı vəziyyətdən narazı qalmaları ilə bağlı daha bir video görüntü yayılıb. 

Virtualaz.org xəbər verir ki, karantində saxlanılanlar spirt, tibbi maska tapa bilmədiklərini deyirlər. Virusun qeydə alındığı şəhərlərdən gələnlərlə koronavirusun aşkarlanmadığı şəhərlərdən gələnlər eyni şöbədə saxlanılır.  Görüntülərdən bəlli olur ki, xəstəxana binası təmirsiz və bərbad haldadır. Xəstəxananın mətbəxtində nahar etmək üçün şərait yoxdur, karantində saxlanılanların istifadəsi üçün 2 stəkan, 2 boşqab qoyulub.

“İçməli su yoxdur, bizə deyirlər ki, krantdan su için. Yeməyi öz pulumuza alırıq, bu gün sosiska alıb yemişik. Hamımız yoluxucu xəstə adı ilə saxlanılır, antisanitariya şəraitində sağlam adam da xəstələnə bilər. Səhər tezdən çinlini, hindlini gətirib bizim yanımıza qoyublar”,-şikayətçilər söyləyiblər. İddialardan biri də xəstəxananın dizenfeksiya olunmamasıdır. Videonu çəkənlər deyiblər ki, soğan, sarımsaq aldıraraq xəstəlikdən qorunmağa çalışırlar. “Nə əlcək, nə spirt, nə də tibbi spirt yoxdur”. Xəstəxana əməkdaşı isə bildirib ki, spirt çatdıra bilmirlər. “Bizim özümüzə belə vermirlər, başına dönüm. Bu xəstəxanada 15 ildir işləyirəm, belə şey görməmişəm”,-xəstəxana əməkdaşı karantində olanlara bildirib.

Görüntüləri lentə alanlar onu da qeyd ediblər ki, məqsədləri süni ajotaj yaratmaq deyil, problemi diqqətə çatdırmaqdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Astara Rayon Mərkəzi Xəstəxanasında antisanitariya, tualetlərdə suyun olmaması və şübhəli şəxs kimi karantinə alınanların saatlarla soyuq dəhlizdə gözlədilməsi ilə bağlı video görüntü yayılmışdı.

TƏBİB məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, sosial şəbəkədə yayılan video görüntüdəki çatışmazlıqlar aradan qaldırılır. Xatırladaq ki, fevralın 26-da Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143272

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930