“Axır ki, Ermənistanla tək qaldıq” – Sabiq nazirdən sensasion təklif

25.03.2020 - 14:10

“Axır ki, tək qaldıq – Ermənistan, Azərbaycan və koronavirus. Bir həftə öncə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, regionda yeganə dəstək strukturuna rəhbərlik edən Kasprşik özünü prosesdən kənarlaşdırdı. KTMT, NATO, AB və MDB ölkələri sərhədləri bağlayıb, bütün ünsiyyətləri bir-biri ilə dayandırdı…”

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib. O bildirib ki, Amerika maliyyə ekspertləri koronavirus səbəbindən iqtisadiyyatın 30 faiz azalacağını güman edirlər:

“Nə demək istəyirəm? Cavab sadədir. Pandemiyadan əvvəlki bildiyimiz beynəlxalq münasibətlər sistemi çökdü. Böhran bitdikdən sonra hər şeyin əvvəlki kimi olacağına inam yoxdur. Buna görə reallıq odur ki, Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətə təsir edən iki oyunçu var: Ermənistan və Azərbaycan.

Düşünürəm ki, bir, ya iki həftədən sonra Azərbaycan Ermənistana bu sualı verə bilər: Qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından neçə günə çıxarırsınız?” /axar.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930