Günə 500-dən çox adamın yoluxmasının səbəbi BU imiş… karantini evdə keçirənlər…

08.07.2020 - 10:58

Artıq iki həftədir ki, ölkədə sərt karantin rejimi tətbiq olunur. Bu dövrdə yoluxmaların sayı 500-600 nəfəri arası dəyişib. Rəsmi qurumlar yoluxma sayının sabit saxlanıldığını bildirir.

Lakin eyni zamanda davam edən bu sayın mənbəyi də maraq doğurur. Maraqlıdır, sərt karantin rejimi dövründə yoluxanlar hansı kateqoriyaya aiddir? İşləyən, yəni şəhərdə hərəkət imkanları olanlar, yoxsa karantini evdə keçirənlər arasında daha çox yoluxma qeydə alınır?

Məsələ ilə bağlı açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, yoluxma halları, əsasən, şəhərə çıxan insanlar arasında baş verir:

“Koronavirusu sabitləşdirdiklərini deyirlər, bunun nəyi sabitləşmədir? Günə 500-600 adamın yoluxması Azərbaycan kimi kiçik ölkə üçün böyük rəqəmdir. Hesablayanda aya nə qədər adam edir. Bildirim ki, evdə oturanlar arasında çox yoluxma olmur. Amma onu ad deyim ki, iki-üç gün evdə oturmağın da heç bir əhəmiyyəti yoxdur. Çünki inkubasiyon dövrü 2,3, hətta 4 həftə müddətində davam edir. Həmən müddətdə istənilən adamın başqasını yoluxdurma imkanı var. Ona görə də məsələ diqqətdə saxlanılmalıdır. İş yerlərində təkcə temperaturun ölçülməsilə məsələ həll olmur. Xəstələr var ki, heç temperaturları yoxdur, amma koronavirus xəstəliyinə tutulublar. Yəni bu, çox müxtəlif forma və variantlarda gedir. Ona görə də empirik üsulla yoxlamalar hələ xəstəliyin vaxtında aşkar olunması üçün heç bir əsas vermir. Ev şəraitində oturan adamların xəstələnməsində əsas rolu ailədə işləyən fərd oynayır. Şəhərə çıxırlar, işə gedirlər, nəticədə yoluxurlar və gəlib evdəkiləri də yoluxdururlar”.

Həkim iş yerlərində məsələnin tənzimlənmə yolları ilə bağlı da danışıb:

“İş yerlərində insanlar məsafəni gözləyirlərsə, əllərin təmizliyinə, kontakt məsələsinə nəzarət edirlərsə, maska taxırlarsa, onlarda yoluxma həddən artıq aşağı səviyyədə olacaq. İş yerlərində bu qaydalara tam şəkildə riayət olunmalıdır. Koronavirus icazə kağızına baxmır. Qurumlar əgər bunlara əməl etmirsə, şəxslər heç olmasa, öz səhhətlərini qorumaq üçün qaydalara fərdi olaraq riayət etsinlər. Bir şeyi də qeyd edim ki, işdə bir otaqda 20-30 nəfərin yığılması doğru deyil. İstənilən halda orada yoluxma olacaq”.

Yenisabah.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149501

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930