Taxıl sazişi Ukraynada əməliyyata maneə deyil – LAVROV

25.07.2022 - 20:08

Ukrayna limanlarından taxıl ixracına dair sazişin bağlanması Rusiya üçün Ukraynada hərbi əməliyyat keçirməyə və onun hərbi infrastrukturunu məhv etməyə maneə yaratmır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O iddia edib ki, Qərb ölkələri Rusiyanı gözdən salmaq üçün Rusiya ordusunun Odessa limanına raket hücumu ilə bağlı məlumatları “təhrif olunmuş şəkildə” təqdim ediblər.

“İyulun 22-də İstanbulda imzalanmış sazişlər çərçivəsində bizə xüsusi əməliyyatı davam etdirməyi qadağan edən heç bir şey yoxdur”, – Lavrov Konqoya səfəri zamanı deyib.

Lavrovun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin raket zərbələri “Odessa limanının xüsusi hərbi hissəsində” yerləşən hədəflərə endirilib. Onun fikrincə, bu zərbələr taxıl ixracına mane yaratmayacaq.

Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=179384

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930