Moldovada Ukrayna ssenarisi – sabiq baş nazir xəbədarlıq edib

Moldova ictimaiyyəti və siyasətçiləri Ukrayna ssenarisinin ölkədə təkrarlanmasına imkan verməməlidirlər. Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin keçmiş baş nazir, Respublikanın İnkişaf və Birlik Partiyasının lideri İon Çiku deyib. O qeyd edib ki, hazırda Ukraynada ölkənin və onun sakinlərinin taleyi ilə heç maraqlanmayan böyük geosiyasi oyunçular mübarizə aparır. “Təəssüf ki, bu, böyük oyunçuların […]

Göyçəni və Zəngəzurdakı bu yeri itirə bilərik – Danielyan

“Mülki Müqavilə Partiyası Türkiyə-Azərbaycan tandeminin maraqlarına xidmət edir”. Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni müxalif deputat Qarnik Danielyan iddia edib. “Qarabağ uzun illər bizim təhlükəsizlik qalamız və zəmanətimiz idi. Onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdılar və Bakı indi onlardan reparasiya tələb edir. Qısaca, Azərbaycan Ermənistana böyük maliyyə tələbləri elan edib. Əgər o […]

Ermənistanda zəlzələ oldu – Naxçıvan da silkələndi

Ermənistanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 16 376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə 10 197 146 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin […]

3 nazirlikdən ƏHALİYƏ MÜRACİƏT – Bunlara əməl edin!

Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır. Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciətində bildirilir. “Aidiyyəti qurumların apardığı genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində […]

Tramp təsadüf nəticəsində sağ qalıb- Güllənin trayektoriyasının FOTOSU

Media Trampın başına istiqamətlənən, qulağını yalayıb, keçən güllənin kadrını dərc edib. Musavat.com xəbər verir ki, yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Görənən budur ki, eks -prezident təsadüf nəticəsində sağ qalıb… Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Ardan Zentürk dünən “Trampı vuracaqlar”, dedi, saatlar sonra vurdular – VİDEO

Musavat.com xəbər verir ki, Türkiyənin duayen qəzetçilərindən olan Ardan Zentürk dünən özünün yutub kanalında çıxış edib, Amerikadakı durumu dəyərləndirib. Bir zamanlar “Yeni Müsavat” qəzetinə də köşə yazıları yazan duayen qəzetçi təhlil nəticəsində bu qənaətə gəlib ki, ABŞ dərin dövləti hakimiyyətin bir addımlığında olan Donald Trampı vurduracaq. Əks halda Trampın hakimiyyətə gəlməsi ilə Ukraynada, Orta Şərqdə […]

Paşinyan bu tarixdə Bakıya gəlməyə hazırlaşır – Sensasiya

Ermənistan Baş naziri Nikol Paşinyan Bakıda noyabrda keçiriləcək COP29 konfransında iştirak edə bilər. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” iddia yayıb. Bildirilib ki, sülh və ya sülhlə bağlı çərçivə sazişinin COP29-a qədər imzalanmasının mümkünlüyü haqda məlumatlar yayılandan sonra Ermənistanın “hökumətyönlü təbliğat aparatı” Paşinyanın Bakıya səfər edə biləcəyinə eyhamlar vurur. “Açıq sənədlər və bəyanatlar əsasında […]

İsrail ordusu Xan Yunisi bombalayıb – Azı 70 nəfər həlak olub + VİDEO

Qəzzanın Xan Yunis şəhərinin Al-Mavasi rayonu İsrail qüvvələri tərəfindən bombalanıb. “AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Verilən məlumata görə, hücum nəticəsində ən azı 70 nəfər ölüb, 100-dan çox mülki şəxs isə yaralanıb. İsrail hərbi dairələrinin məlumatına görə, aviazərbənin hədəfi HƏMAS-ın hərbi qanadının rəhbəri Muhammed Deyf olub. Onun öldüyü və ya sağ […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930