Azərbaycanda zəlzələ oldu

Zaqatalada zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Cumhuriyyet.net-ə verilən məlumata görə, bu gün yerli vaxtla 13:51-də Zaqatala rayonunda maqnitudası 3.2, dərinliyi 4 km. olan zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb

Oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə “Report”a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun oktyabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində […]

Türkiyədə növbəti güclü zəlzələ baş verdi

Türkiyənin Van şəhərinin Tuşba rayonunda 4.7 bal gücündə zəlzələ olub. Cumhuriyyet.net  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ ocağı 7 km dərinlikdə olub. Dağıntı və itkilər barədə məlumat verilməyib.

MN məlumat yaydı: iki şəhidimiz var

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Bu barədə Cumhuriyyet.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əkrəm Yunis oğlu Şadmanov (polkovnik-leytenant) və Tural İslam oğlu Seyidov (mayor) şəhid olub. Digər hərbi qulluqçumuz […]

Ermənilər Şuşanı atəşə tutdu, həlak olan var

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb. Cumhuriyyet.net xəbər verir ki, […]

Azərbaycanda zəlzələ oldu

İlkin məlumatlara əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Ermənilər Ağdamı artilleriya atəşinə tutur

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Erməni təxribatı: İki hərbçimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Cumhuriyyet.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz […]

Qarabağda erməni təxribatı: daha 4 polis həlak oldu

Daxili İşlər Nazirliyi əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd […]

Ermənilər Tiflis-Bakı təyyarəsinə radiomaneə tətbiq etdi

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sentyabrın 18-i Tiflis-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930