Nəsri Mbappeyə səsləndi: “Öz kəndinin padşahı olmaq daha yaxşıdır”

“Arsenal”, “Mançester Siti” kimi klubların formasını geyinmiş Samir Nəsri Kilian Mbappenin Madrid “Real”ına keçməsini arzulamadığını bildirib. Keçmiş fransalı futbolçu bildirib ki, K.Mbappenin gedişi ilə PSJ zəifləyəcək. “Əlbəttə, klubun büdcəsini nəzərə alsaq, parislilər başqa futbolçuları həyətinə qata biləcəklər, amma onlar Mbappe olmayacaqlar, bu aydındır. Bu gün Kilian klub və milli komanda üçün çox vacib fiqurdur. İki […]

Böyük Britaniyanın xanım idmançısı Azərbaycan millisində

Beynəlxalq Cüdo Federasiyası (IJF) Böyük Britaniyanın qadın cüdoçusu Acelya Toprakın Azərbaycan millisində çıxış etməsinə rəsmi icazə verib. Azərbaycan Cüdo Federasiyası (ACF) xəbər verir ki, 25 yaşlı idmançı yığmada 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Hazırda dünya reytinqində 27-ci olan idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır. O, 2017-ci ildə gənclər arasında Avropa […]

Azərbaycanın U-21 millisi Lüksemburqu məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib. Cumhuriyyet.net-in məlumatına görə, F qrupunda yer alan yığma Lüksemburqla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Yeni reytinq: “Qarabağ” Avropa nəhənglərindən öndə

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Qurumun saytının yaydığı məlumata görə, 414 komandanın yer aldığı siyahıya Azərbaycanın üç təmsilçisi düşüb. Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” 61-ci yerə yüksəlib. Ağdam təmsilçisinin hesabında 144,5 xal var. Azərbaycan çempionu “Ayaks” (Niderland), “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) […]

AFFA Qurban Qurbanovu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Cumhuriyyet.net xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib. Sözügedən qərarları təqdim edirik: “Sumqayıt” – “Turan Tovuz” görüşünün 90+3-cü dəqiqəsində dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün […]

Liverpul klubu ABŞ şirkətinə satıldı

İngiltərə Premyer Liqa təmsilçisi “Everton”un sahibi dəyişib. Bu barədə Liverpul təmsilçisi məlumat yayıb. Bildirilib ki, “Everton”un sahibi Farhad Moşiri klubun 94 faizlik hissəsini ABŞ-nin “777 Partners” investisiya şirkətinə satıb. “777 Partners” “Sevilya” (İspaniya), “Herta” (Almaniya) və “Standard” (Belçika) klublarının da səhmdarları arasında yer alır. 2016-cı ildə “Everton”u alan F.Moşiri ilin sonunadək klubu yeni səhmdara təhvil […]

La Liqa klubu baş məşqçisini qovdu

İspaniyanın “Vilyarreal” klubu baş məşqçisi Kike Setyenlə yollarını ayırıb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Baş məşqçi səlahiyyətlərini direktor Migel Anxel Tena yerinə yetirəcək. Qeyd edək ki, Kike Setyen ötən ilin oktyabrından “Vilyarreal”ı çalışdırırdı. Komanda bu mövsüm La Liqada dörd turdan sonra üç xalla […]

“İnter” İnzagi ilə “davam” dedi

İtaliyanın “İnter” klubu baş məşqçisi Simone İnzagi ilə müqavilənin müddətini uzadıb. Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, S.İnzagi 2021-ci ildən “nerazzuri”ni çalışdırır. O, bu müddət ərzində iki dəfə ölkə kubokunun və eyni sayda Super Kubokun sahibi olub. […]

Yunan futbolçu Azərbaycan klubunun tarixinə düşdü

Dmitrios Çantakias “Zirə” klubunda 100 oyuna çıxan ilk legioner futbolçu olub. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 28 yaşlı müdafiəçinin yubileyi “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduğu V turun matçına təsadüf edib. Qeyd edək ki, yunanıstanlı oyunçu 2020-ci ildən “qartallar”ın formasını geyinir.

“Mançester Siti”dən 62 milyon avroluq transfer

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, “şəhərlilər” digər Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Mateus Nunyesi transfer ediblər. Tərəflər beşillik müqaviləni razılaşdırıblar. “Transfermarkt” portalı bu keçidin “Mançester Siti”yə 62 milyon avroya başa gəldiyini yazıb. Portuqaliya millisinin üzvü keçən ilin yayında “Sportinq”dən “Vulverhempton”a transfer olunub. 25 yaşlı mərkəz yarımmüdafiəçisi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930