Əli Əsədov daha bir qərar imzaladı

Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib. Cumhuriyyet.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, əlilliyin qiymətləndirilməsi zamanı yaranmış boşluqların aradan qaldırılması, həmçinin əlilliyin müəyyən edilməsi üçün meyarların təkmilləşdirilməsi məqsədilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavələr, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə dəyişikliklər edilib. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, […]

Azərbaycanla sərhəddə ciddi problem var – Sərkisyan

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə yerləşən 3-cü Ordu Korpusunda vəziyyət acınacaqlıdır. Cumhuriyyet.net xəbər verir ki, bunu “Aravot”un keçmiş jurnalisti Voskan Sərkisyan öz Feysbuk səhifəsində yazıb. “Polkovnik Aleksandr Çakanyan korpus komandiri vəzifəsinə təyin edildikdən sonra onun tabeliyində xidmət etmək istəməyən bir çox zabit raport yazıb və işdən çıxıb. Bu barədə mənə 3-cü Ordu Korpusunun hərbçiləri deyiblər. […]

Ermənilər hərbi təlimlərdən imtina edir

Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonunda yerli sakinlər hərbi təlimlərdə iştirak etmək istəmirlər. Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Aravot”un keçmiş jurnalisti Voskan Sərkisyan öz Feysbuk səhifəsində yazıb. “Tavuş vilayətində 25 günlük hərbi təlimə iştirakçıların cəlb edilməsinə başlanılıb. Nikol Paşinyana, hakimiyyət orqanlarına, Müdafiə Nazirliyinə və Baş Qərargaha demək olar ki, ümumbəşəri etimadsızlıq fonunda sərhəd bölgəsinin kişiləri […]

Prezident 2 fərman imzaladı

  Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 884-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanında […]

Vatikanda QMİ-nin nümayəndəliyi açılır?

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəliyinin təsis olunmasını istərdik. Cumhuriyyet.net xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın Dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşü zamanı bildirib. “Bu, ənənəvi əlaqələrimizin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir”, – o qeyd edib. Allahşükür Paşazadə vurğulayıb ki, hazırda Dünya dini liderlərinin […]

Azad edilmiş ərazilərdə nə qədər mina tapılıb?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan Cumhuriyyet.net-a verilən məlumata görə, iyulun 3-dən iyulun 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 271,82 ha ərazi mina və […]

“Tərtər işi”: Həsənovun köməkçisi hakim qarşısında…

Yaxın vaxtlarda “Tərtər işi”nə daxil olan yeni bir qrupun işi üzrə daha bir məhkəmə prosesi başlayacaq. Cumhuriyyet.net Musavat.com-a istinadən xəbər verir ki, bu qrupda mühakimə olunanlar sırasında general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayev, eləcə də Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov yer alıb. Artıq iş üzrə istintaq başa çatıb. Cinayət işinin materialları […]

“Aztelekom” və “Baktelecom” barəsində iş qaldırıldı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. Bundan əvvəl qurum özəl internet provayderlərinə göstərilən xidmətin tariflərində […]

Bakı səmasında UNO göründü

İyulun 5-də səhər saat 7-də paytaxt üzərində naməlum uçan obyekt qeydə alınıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Turan” agentliyi məlumat yayıb. Bildirilib ki, öz oxu ətrafında fırlanan boşqab formasındakı obyekt şimaldan cənuba doğru uçurub. Fırlanarkən obyekt parlaq işıq saçıb.

Sabiq rəis 129 min manatı mənimsədi: cinayət işi açıldı

Yevlax şəhər Gənclər və İdman idarəsinin sabiq rəisi Binyamin Musayevə cinayət işi açılıb. Bu barədə Cumhuriyyet.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Gənclər və İdman Nazirliyindən daxil olmuş materiallar əsasında Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləmiş Binyamin Musayevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930