Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Müşfiq Qurbanovla bağlı Ali Məhkəmədə qərar qəbul olunub. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında M.Qurbanova bəraət verilməsi üçün müraciət olunan kassasiya şikayəti təmin edilməyib. Xatırladaq ki, təqsirləndirilən şəxs 2020-ci il noyabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında vəfat edib. Qeyd edək ki, […]

Sabiq rəisə 10 il həbs: General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və hökm oxunub. Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, T.Həsənovun ədliyyə general-mayoru rütbəsindən və “Vətən uğrunda medalı”ndan mərhum […]

İsrailin Azərbaycandakı səfirliyi təxliyyə edilib?

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir, səfirliyin fəaliyyətində heç bir dəyişiklik yoxdur. Bu barədə Qaynarinfo-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, səfirliyin iş fəaliyyətində heç bir dəyişiklik yoxdur və diplomatik korpus normal rejimdə fəaliyyətini davam etdirir. Qeyd edək ki, sosial şəbəkələrdə İran mənbələrinə istinadən İsrailin Bakıdakı və Əbu-Dabidəki səfirliklərinin təxliyə olunması barədə məlumatlar yayılıb.

Sabiq şöbə müdiri icra hakimiyyətini məhkəməyə verdi

Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəməyə verilib. Vətəndaş Zülfüqar Firudin oğlu İsgəndərov icra hakimiyyəti ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciəti edib. Əmək məsələləri – əməkhaqqının hesablanması ilə bağlı mübahisəli olan iş hakim Gülşən Əliyevanın icraatına verilib. Qeyd edək ki, Z.İsgəndərov icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub. pravda.az

Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə AzToday.az-a Müdafiə Nazirliyindən bildirilib. Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bakıda DƏHŞƏT: Oğlunu və gəlinini baltaladı — MƏHKƏMƏ İŞİ

Ali Məhkəmədə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  Pravda.az bildirir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib. […]

Azərbaycanda dəhşət: Ata öz övladını suda boğub öldürdü

Xəbər verildiyi kimi martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar […]

DİN-dən vətəndaşları gözləyən təhlükə ilə bağlı XƏBƏRDARLIQ: “Cinayətkar qruplar…”

“Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb”. Bununla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib. Onun sözlərinə görə, təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır: “Cinayətkar şəxslər və ya qruplar “onlayn […]

Bakı metrosunun deposuna gizli girən əcnəbilər tutuldu

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olub bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. […]

Həyat yoldaşı generalı məhkəməyə verdi

Həyat yoldaşı Fövqəladə hallar nazirinin müavini, general Faiq Cavad oğlu Tağı-Zadəni məhkəməyə verib. Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb. Xatırladaq ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930