
Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin – qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır. Bu barədə Cumhuriyyet.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Laçın rayon Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına […]
Avq 13 2022 | Posted in
Önəmli |
Read More »

“Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində […]
Avq 12 2022 | Posted in
Önəmli |
Read More »

“Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdən bir bunu unudur. Ona […]
Avq 12 2022 | Posted in
Önəmli |
Read More »

Nazirlər Kabineti “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”ni təsdiqləyib. Cumhuriyyet.az xəbər verir ki, sənədə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun, habelə abidələrin qorunması sahəsində […]
Avq 11 2022 | Posted in
Önəmli |
Read More »

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon […]
Avq 11 2022 | Posted in
Önəmli |
Read More »

“Son gərginliyin əsas səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib. XİN başçısı bildirib ki, üçtərəfli bəyannamənin imzalanmasından təxminən 1 il 9 ay vaxt keçməsinə baxmayaraq, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. “Onlar hələ də Qarabağı tərk etməyib. Biz Ermənistandan təxribatlara […]
Avq 9 2022 | Posted in
Önəmli |
Read More »

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək. Bu barədə Cumhuriyyet.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir. Dövlət İmtahan Mərkəzi daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə bağlı müvafiq […]
Avq 9 2022 | Posted in
Önəmli |
Read More »

Bu gün Səyyar ASAN xidmət Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərir. Cumhuriyyet.az-ın məlumatına görə, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib. Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb. Mərkəzdə mövcud olan […]
Avq 9 2022 | Posted in
Önəmli |
Read More »

Hərbi xidmət zamanı smartfon tipli telefon istifadə edən hərbçilər ordu sıralarında çıxarılıb. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması […]
Avq 6 2022 | Posted in
ÖLKƏ,
Önəmli |
Read More »

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və […]
Avq 6 2022 | Posted in
Önəmli |
Read More »