
Direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları hazırlanıb. Bu barədə Cumhuriyyet.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Namizədlər direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, avqustun 11-dən etibarən şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların […]
Avq 15 2022 | Posted in
Təhsil |
Read More »

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumat I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə […]
Avq 15 2022 | Posted in
Təhsil |
Read More »

700 bal toplayan tələbə Azərbaycan universitetlərindən imtina edib. Cumhuriyyet.az xəbər verir ki, bu haqda Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Məlumata görə, 4-cü qrup üzrə 700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetlərində təhsil almaqdan imtina edib. O, Ankara universitetində Tibb fakültəsində tam təqaüdlü təhsili seçib.
Avq 12 2022 | Posted in
Təhsil |
Read More »

2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu yekunlaşıb. Bu barədə Cumhuriyyet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər bu gün saat 17:00-dək portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciətlərini təsdiqləyiblər. Müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi […]
Avq 12 2022 | Posted in
Təhsil |
Read More »

2022-2023-cü tədris ilinin birinci semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbulu davam edir. Bu barədə Cumhuriyyet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Abituriyent və tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron sistemə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçirilir. Qeyd edək […]
Avq 8 2022 | Posted in
Təhsil |
Read More »

Müəllimlərin işə qəbulu müsabiqəsinin bütün fənlər üzrə vakansiya seçimi aparılır. Bu barədə Cumhuriyyet.az-aTəhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina […]
Avq 6 2022 | Posted in
Təhsil |
Read More »

2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyat prosesi davam edir. Bu barədə Cumhuriyyet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri […]
Avq 6 2022 | Posted in
Təhsil |
Read More »

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin “Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi barədə” qərarı ilə bağlı açıqlama yayıb. Mərkəzdən Cumhuriyyet.az-a bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan vətəndaşları üçün imtahanlar güzəştli tariflərlə keçiriləcək. Qeyd olunub ki, yaranan fərq dövlət büdcəsi hesabına qarşılanacaq. Belə ki, […]
Avq 3 2022 | Posted in
Təhsil |
Read More »

Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə başlanılır. Bu barədə Cumhuriyyet.az-a Elm və Təshil Nazirliyindən bildirilib. Qeyd olunub ki, avqustun 11-də şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə […]
Avq 3 2022 | Posted in
Təhsil |
Read More »

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə Tarif (qiymət) Şurasının təsdiq etdiyi tariflərin ödəyiciləri olan və xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikasının vətəndaşları üçün aşağıdakı güzəştlər edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət […]
Avq 2 2022 | Posted in
Təhsil |
Read More »