FHN Xəzərdəki partlayışla bağlı MƏLUMAT YAYDI

    4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb. Bu barədə FHN məlumat yayıb. Bununla belə, hazırda […]

Vilayət Eyvazov polisləri təbrik etdi

    Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli həmkarlar! 1918-ci il iyulun 2-də asayişi mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanmış, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir. Bu gün […]

Ərdoğan TƏLİMAT VERDİ: “Həqiqət əməliyyatı” başlayır

    “”Yalan əməliyyatı”na qarşı “həqiqət əməliyyatı” keçirəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında çıxış edərkən deyib. “Təbliğat-media şöbəsinin vəzifəsi həqiqəti anlatmaq, təşkilat şöbəsinin vəzifəsi isə həqiqətləri 11 milyon üzvümüzə çatdıraraq vətəndaşlarımıza düzgün anlatılmasını təmin etməkdir. Yay dönəmində də meydanlara çıxıb həqiqətləri anladacağıq”, – deyə Türkiyə lideri təlimat verib. Ölkə başçısı həmçinin CHP […]

Gürcüstanla sərhədlər açılır – BU TARİXDƏN

    Gürcüstan iyunun 1-dən etibarən quru sərhədlərini açır. Bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib. Qərara əsasən, quru sərhədlərdən Gürcüstana daxil olan şəxslərdən tam vaksinasiya və ya son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən sənəd tələb olunacaq. PCR test arayışı təqdim edəcək şəxslər 72 saat ərzində öz hesablarına […]

“Bitcoin”in qiyməti 10 faizdən çox düşdü

  Dünyanın ən populyar kriptovalyutası olan “bitcoin”in qiyməti 10 faizdən çox düşüb. Bu barədə TASS məlumat yayıb. Qeyd edilib ki, saat 08:10 (GMT+4) üçün “bitcoin”in dəyəri 10,42 faiz ucuzlaşaraq 40,5 min dollar təşkil edib. Qeyd edək ki, saat 08:15-də “bitcoin”in qiyməti 40,4 min dollar səviyyəsində alınıb-satılıb (mənfi 10,55 faiz).

Yevlaxın icra başçısının evindəki intiharla bağlı ailədən AÇIQLAMA

    Yevlax rayon icra başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib. Ailədən  bildirilib ki, həmin evin Anar Tağıyevə heç bir aidiyyatı yoxdur: “Həmin ev Sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar […]

“Azərsu” rəhbərinin kürəkəni qəza törətdi – VİDEO

    Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir. Hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub. Turan Həsənzadənin hadisəni […]

Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur – İşçi qrupunun üzvü

Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib. Onun sözlərinə görə, hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir:   “Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir.(iştiraka dəvət edirik) Vaksinasiya ilk növbədə […]

Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəssarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova “Report”a deyib ki, aktyorun vəziyyəti ağır olaraq qalır: “Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda […]

Ögey anasını boşqabla öldürdü – VİDEO

63 yaşlı kişi törətdiyi cinayəti gizlətmək üçün meyiti quyuda basdırıb. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2017-ci il noyabrın 13-də Şamaxı RPŞ-yə müraciət edən yeniyetmə 1960-cı il təvəllüdlü anası Badam Bağırovanın itkin düşdüyünü bildirib. Bununla əlaqədar polis əməkdaşları şəhərin Azadlıq küçəsindəki 52 saylı evə yollanaraq yaşayış sahəsinə baxış keçiriblər. Həyətdəki quyunun daş-kəsəklə doldurulması diqqət çəkib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031