AXC dönəmində yaşamış əsgər-fotoqrafın xatirələri “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində

24.05.2018 - 10:24

1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi.

Məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək məqsədilə, “Veysəloğlu Şirkətlər Qrupu” özünün təşəbbüskarlığı və “Cinealliance” Kinoşirkətinin yaradıcı komandası ilə “Cümhuriyyətin 9 şəkli” filmini ərsəyə gətirməyi qərara alır.

Baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər kecəndən sonra belə ailəsində yaşanan ideoloji muhitun yaradılmasındandır.

Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.

Vizual mətnin əsas mesajı iki illik mohtəşəm tarixi bir insanın duşuncə süzgəcindən kecirə bilməsidir. Bu günkü tamaşacıya bəsit dəlillərlə və cox sadə bir dildə tarixin catdırılamasıdır. O, möhtəşəm iki ildə dovlət quruculuğu prossesinin bir cox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poct teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xususi olaraq filmdə vurğulanır.

Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanamsı Azərbaycan kinosu ücün yeni bir sintez mədəniyyət formalaşdırır.

Film baba ilə nəvənin timsalında iki muxtəlif baxış bucağının iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil oz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu ilə belə bir ideoloji muhitdə böyüyür.

Cumhuriyyet.net

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=119324

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930