“Veysəloğlu Qrup”un baş sponsorluğu ilə keçirilən Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı

24.05.2018 - 19:17

Bu gün Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Park İnn otelində baş tutan tədbirdə Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru İlqar Nuri, Xəzər Universitetinin professoru Fuad Rəsulov, ATGTİ-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Ramin Həbibzadə və Kainat Tədris mərkəzinin direktoru İlqar Ağakişiyev və olimpiadanın iştirakçısı olmuş tələbələr iştirak ediblər. Mükafatlandırma mərasiminə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Ardınca olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub.

Bilik yarışının qaliblərini təbrik edən Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru İlqar Nuri  məntiq olimpiadasının əhəmiyyətindən söhbət açıb, iştirakçılara həm təhsilində, həm də gələcək işlərində müvəffəqiyyətlər arzu edib.

Tədbirin sonunda III Tələbələrarası Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb. Belə ki, ilk onluğu tutan tələbələrə sertifikat, Teas Press Nəşriyyat evindən bestseller kitablar, planşet, noutbuk və 1-ci yerin sahinibə Veysəloğlu Qrup tərəfindən iPhone X mobil telefonu təqdim olunub, Xəzər Universitetindən isə 2 illik ödənişsiz MBA təhsili almaq şansı qazanıb. İkinci tura keçən 200 tələbəyə isə Ulduz Şokolad Fabrikindən şokoladlar, Kainat Tədris Mərkəzindən isə test kitabları hədiyyə olunub.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq OlimpiadasıAzərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin inzibati binasında keçirilmişdi.  Birinci mərhələdə ümumilikdə 3177 tələbə iştirak etmiş və final mərhələsinə 200 nəfər vəsiqə qazanmışdı.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=119349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930