Elmar Vəliyevin ölüm xəbəri yayıldı: xəstəxanada dünyasını dəyişib
Bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub. Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq. (Yenicag)
Short URL: https://www.cumhuriyyet.net/?p=121063